• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Əliyev Bakıya qayıtdı

Fərhad Əliyev Bakıya qayıtdı
10.05.2017 16:24
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı yeni xəbərlər var.

F.Əliyev, prezidentin 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi. Ötən ilin sonlarında isə onun öz biznesini qardaş Türkiyəyə köçürdüyü və burada uzun illər əvvəldən münasibətləri olduğu, Türkiyənin hazırkı iqtidarının əsas fiquru olan Ərdoğanın himayəsinə sığındığı barədə məlumatlar yayıldı.

anews.az xəbər verir ki, sabiq nazirə yaxın etibarlı mənbədən "Qaynarinfo.Az"-a daxil olan məlumata görə, Fərhad Əliyev heç də Azərbaycandakı biznesini tamamilə dayandırmayıb, əksinə yeni böyük layihələrdə iştirak edir.

Hətta hazırda Fərhad Əliyevin Bakıda olduğu və tikilməkdə olan yeni zavodla bağlı işlərin gedişatına nəzarət etdiyi bildirilir.

Söhbət Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha torpaq sahəsində tikilən "Alco Lubricant Company" şirkətindən gedir. Almaniya texnologiyası əsasında qurulan yeni zavodun ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur.

Rəsmi məlumatlara görə, zavodun investisiya dəyəri 10 milyon manatdır.

5 may 2016-cı il tarixində yaradılan şirkətə cəmi 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilmişdir.

Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub.

Şirkətin qısa müddət sonra - bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, 2005-ci il oktyabrın 19-u parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Hakimiyyət çevrilişinə cəhddə ittiham edilən sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol