• $
  • €
  • ₽
  • ₺
  • £

Veysəloğlu Bakı Mühəndislik Universiteti ilə protokol imzalayıb

Veysəloğlu Bakı Mühəndislik Universiteti ilə protokol imzalayıb
10.05.2017 17:09
Bakı Mühəndislik Universiteti (BMU) universitet – iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub, əməkdaşlıq edir. Mütəxəsis hazırlığında nəzəri biliklərlə yanaşı təcrübəvi biliklərin də xüsusi əhəmiyyəti var.        
 
Ölkəmizdə tanınmış, dünyanın 20-dən artıq ölkəsindən 100-dən çox fabrikindən məhsul idxal edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və pərakəndə sektorda əhaliyə xidmət göstərən Veysəloğlu şirkətilə də əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək, universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat prosesi ilə tanış olacaqlar.        
 
Universitetin rektoru, professor Havar Məmmədov universitetin maddi-texniki bazasının müəllim heyətinin yüksək səviyyədə olduğunu,  mühəndislik fakültəsi ilə yanaşı iqtisadiyyat fakültəsinin də yüksək ixtisaslı kadr hazırladığını şirkət rəhbərliyinin diqqətinə çatdırıb. Universitet rəsmisi həmçinin hazırda universitetdə yüksək balla qəbul olunmuş tələbələrin və çox sayda Prezident təqaüdçülərinin təhsil aldığını da bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.        
 
Şirkətin fəaliyyəti haqqında geniş məlumat verən Veysəloğlu Şirkətlər Qrupunun  nümayəndələri əsas məqsədlərinin ölkəmizin milli iqtisadiyyatının inkişafına töhvə vermək olduğunu bildiriblər. Görüşdə bildirilib ki, bunun üçün maliyyə və texnologiyadan öncə savadlı və bacarıqlı kadrlara ehtiyac var. Kadırların hazırlanması üçün isə universitetlərlə yanaşı inkişaf etmək istəyən şirkətlərin də üzərinə məsuliyyət düşür. Veysəloğlu şirkəti bu istiqamətdə üzərinə düşəni missiyanı əməli fəaliyyəti ilə yerinə yetirməyə hazırdır.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol