• $
  • €
  • ₽
  • ₺
  • £

Bu avtobuslarda gediş haqqı qaldırıldı

Bu avtobuslarda gediş haqqı qaldırıldı
29.05.2020 05:47
Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb.

anews.az bildirir ki, bu səbəbdən qafqazinfo-ya şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxladıq. M. Ağayev bildirib ki, hazırda heç bir qiymət artımından söhbət gedə bilməz və həmin avtobusların daşıyıcılarına ciddi xəbərdarlıq ediləcək:

"Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bizim əsas tələblərimizdən biri odur ki, gediş haqqı avtobusun salonunda sərnişinlərin görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Kimsə əgər qeyd olunan və ya Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq ödəniş tələb etsə, müvafiq qaydada cərimələnəcək. Agentlik olaraq məsələni araşdıracağıq və şikayət doğru olduğu təqdirdə həmin marşrut xətlərinin daşıyıcılarına xəbərdarlıq ediləcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol