• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ kəşfiyyatının gizli Qarabağ hədəfi

ABŞ kəşfiyyatının gizli Qarabağ hədəfi
15.05.2017 14:06
ABŞ Milli Kəşfiyyat Agentliyinin 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu regionda yeni gərginliyin "müjdəçisi” oldu.
Anews.az publika.az istinadən bildirir ki, Agentliyin direktoru Daniel Kouts Konqresə dünyada artan risklərlə bağlı təqdim etdiyi hesabatda yeni Qarabağ müharibəsindən xəbər verdi.


"Dağlıq Qarabağ zonasında Ermənistan və Azərbaycan arasında gərginlik 2016-cı ilin aprelində baş verdi. Tərəflərin güzəştə getmək istəməməsi və daxili təzyiqlərin artması nəticəsində münaqişə zonasında 2017-ci ildə hərbi toqquşmaların yenilənməsi riski böyükdür”, - deyə hesabatda bildirilir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların dayanması, Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda ABŞ kəşfiyyatının proqnozu düşündürücüdür. Lakin Rusiya mediasının Qarabağ proqnozunun arxasında ABŞ-ın regionla bağlı hədəflərinin olduğu haqda versiyası da diqqət çəkir.

Rusiyalı jurnalist Boris Djerelievskiy iddia edir ki, Amerika Qarabağda müharibəni başlatmağı planlaşdırır.

"Amerika kəşfiyyatının bu hesabatı hər şeydən öncə Rusiyaya qarşı yeni hücumlardan xəbər verir. Misal üçün, Cənubi Qafqaz və Orta Asiyada gərginliyin artacağına dair deyilənlər, əslində Rusiya ətrafında toqquşmaların olacağından xəbər verir. Xüsusilə Cənubi Qafqazda, konkret Qarabağda müharibənin yenilənməsi haqda deyilənlər ABŞ-ın gələcək hədəflərindən xəbər verir”, - deyə jurnalist yazır.

Rusiyalı jurnalist iddialarını davam etdirərək qeyd edir ki, ABŞ-ın əsas hədəfi Rusiyanın cənub sərhədlərində münaqişə alovunu yandırmaq və regionu müharibə ocağına bürüməkdir: "Amerika kəşfiyyat rəhbərinin məruzəsindən aydın görünür ki, Rusiyaya yeni zərbələr endiriləcək. Bu zərbələrin birincisi Qarabağda olacaq”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol