• $
  • €
  • ₽
  • ₺
  • £

Kabel şəbəkəsi yayımçılarının iradları qəbul olunmadı

Kabel şəbəkəsi yayımçılarının iradları qəbul olunmadı
18.05.2017 18:00
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında kabel şəbəkəsi yayımçılarının retranslyasiya olunan telekanallarda xarici reklamların yayımının qadağan olunmasına etdikləri iradlar qəbul edilməyib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, MM-in Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, kabel yayımçılarının fəaliyyəti bu günə qədər Milli Televiziya və Radio Yayımı Şurasının daxili qaydaları ilə tənzimlənir: "Lakin getdikcə kabel şəbəkəsi genişlənir. Artıq yalnız Bakıda deyil, Gəncədə, Sumqayıtda da kabel şəbəkəsi yayımı həyata keçirilir. Düşünürəm ki, zaman keçdikcə, bu, bütün Azərbaycanı əhatə edəcək.

Ona görə də kabel şəbəkəsi yayımını tənzimləyən qanunun olması vacibdir".

"Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin MM-in 1-ci oxunuşunda nəzərdən keçirildiyini deyən R.Hüseynov əlavə edib ki, kabel şəbəkəsi yayımçıları bu qanuna bəzi iradlarını bildiriblər.

Bu iradlardan birinin reklamla əlaqədar olduğunu deyən R.Hüseynov qeyd edib ki, qanun layihəsinə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır: "Kabel şəbəkəsi yayımçılarının ortaya qoyduğu iddia bundan ibarətdir ki, bu reklamın praktik olaraq, çıxarılması üçün texniki imkan yoxdur. Çünki bunlar sadəcə yayımın ötürülməsi ilə məşğuldurlar. Amma məsələni araşdırdıq və gördük ki, məsələnin mahiyyəti belə deyil. Düşünülür ki, gələcəkdə xarici kanallar Azərbaycan üçün translyasiya etdikləri verilişlərdə o reklamları verməsinlər. Hansı ölkələrlə müqaviləsi varsa, reklamı ona versinlər. Artıq belə praktika müxtəlif ölkələrdə var. Azərbaycanda da bu praktikanın tətbiqi nəzərdə tutulur.

Çünki xarici reklamlar Azərbaycanın reklam bazarına mənfi təsir göstərir. Belə reklamların yayımlanması digər tərəfdən arzuolunmaz reklamların Azərbaycan mühitinə işləməsinə yol açır. Ona görə də gələcəkdə kabel şəbəkəsi yayımçıları texniki imkanları geniş olan hansısa kanalla müqavilə bağlayarlar və lazım olan halda reklamları oradan çıxara bilərlər. Digər məsələ ilə verilişlərin Azərbaycana o reklamlarsız ötürülməsidir. Ona görə də kabel şəbəkəsi yayımçılarının iradlarına görə çıxarılması istənilən bu maddələrin qalması vacibdir və qalması da nəzərdə tutulur".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol