• $
  • €
  • ₽
  • ₺
  • £

“Instagram” sağlamlığa ziyandır?

“Instagram” sağlamlığa ziyandır?
22.05.2017 18:00
Böyük Britaniya alimləri "Instagram”ın insan sağlamlığı üçün ən təhlükəli sosial şəbəkə olduğunu müəyyənləşdiriblər.

Anews.az "Fins.az”a istinadla xəbər verir ki, bu barədə İctimai Sağlamlıq üzrə Kral Cəmiyyətinin (RSPH) və Gənclərin Sağlamlığı üzrə Hərəkatın hesabatında deyilir.  

Sosial şəbəkələrin gənclərə zərərləri barədə aparılan araşdırma zamanı 14 yaşdan 24 yaşa qədər 1479 nəfərlə sorğu keçirilib. Gənclərdən sevdikləri sosial şəbəkələr və onlardan istifadənin nəticələri barədə nə düşündükləri soruşulub.

Hər şəbəkəni bir sıra açar sözlər (yalnızlıq, depressiya, həyəcan, ələsalma, zahiri imicin formalaşdırılması) üzrə qiymətləndirmək təklif olunub. Ümumilikdə respondentlərə 14 sual ünvanlanıb.

Tədqiqat çərçivəsində "YouTube”, "Instagram”, "Snapchat”, "Facebook” və "Twitter” araşdırılıb. Siyahıda ən müsbət imicə malik olan sosial şəbəkə "YouTube” olub. Bu xidmət gənclərə ən pozitiv təsir göstərən xidmətdir. Sonra "Twitter” və "Facebook” gəlir. "Snapchat” və "Instagram" ən pis qiymətləndirilən sosial şəbəkələr olublar.  

Araşdırma müəllifləri 16-24 yaş arası gənclərin 91%-nin sosial şəbəkələrdən istifadə etdiyini bildiriblər. "Sosial şəbəkələr asılılıq baxımından siqaret və alkoqoldan daha təhlükəlidir. Gənclər arasında depressiya və həyəcan hissinin səviyyəsi son 25 ildə 70% artıb”, - deyə hesabatda qeyd olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol