• $
  • €
  • ₽
  • ₺
  • £

İnternetin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

İnternetin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
24.05.2017 16:00
""Aztelekom" MMC-nin bütün telekommunikasiya infrastrukturunun əsaslı şəkildə modernləşdirilməsi gözlənilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində MMC-nin baş direktoru Suat Paşayev deyib.

Onun sözlərinə görə, dəyişikliklərlə bağlı böyük planlar var: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə şəbəkənin bütün seqmentləri dəyişdiriləcək. IP texnologiya üzrə bütün infrastrukturun dəyişdirilməsi zəruridir. Optik infrastrukturun mövcud olmadığı ərazilərdə kabellər çəkiləcək və ya simsiz şəbəkə yaradılacaq".

"Aztelekom" rəhbəri hesab edir ki, hazırda IP TV xidmətinə bazarda çox tələbat var. Bununla əlaqədar olaraq MMC ölkə ərazisində bu xidmətin əhatə dairəsinin genişləndirilməsu üçün bir sıra variantları sınaqdan keçirir.

S.Paşayev tarif siyasəti və həm korporativ, həm də istehlakçı seqmentindəki mümkün dəyişikliklər barədə də danışıb.

Onun sözlərinə görə, korporativ istifadəçilər üçün əsassız yüksəldilmiş tariflərə yenidən baxılıb:

"Fərdi istehlakçılara gəlincə, burada qiymətlər demək olar ki, möhkəmlənib. Manatın məzənnəsindəki dəyişikliyə və satınalma qiymətlərinin artmasına baxmayaraq, biz qiymətlərin sabitliyini saxlaya bildik.

İnfrastrukturun təkmilləşdirilməsi üçün nə qədər çox iş görülsə, tariflərin azadılması üçün imkanlar bir o qədər çoxalacaq".

"Aztelekom" rəhbəri qeyd edib ki, tariflərin azaldılması gözlənilir və indi fərdi istehlakçı seqmenti üçün yeni təkliflər hazırlanır. İnternetə çıxış sürətinin artırılması şərti ilə mövcud tarif həddinin saxlanması da istisna deyil:

"Məsələ ondadır ki, istifadəçilərin böyük əksəriyyəti minimal tarifi seçir. Minimal həddin azaldılacağını düşünmürəm. Sürətin ikiqat və ya üçqat artırıla biləcəyini demək çətindir, amma tariflərin azalması mütləq olacaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol