• $
  • €
  • ₽
  • ₺
  • £

Bütün zamanların lideri

Bütün zamanların lideri
26.05.2017 18:33
Cümhuriyyətin 99 yaşına (II yazı)

Vahid Qazi


1961-ci ilin 12 aprelində ABŞ-ın hakim dairələri kosmik sahəsində Sovetlərə uduzmağın panik durumunu yaşadı. Amma bu hal uzun sürmədi, cəmi bir ay sonra, lap dəqiqi mayın 25-də prezident Con Kennedi Konqresdə tarixi çıxışını etdi. Sovetlərdən daha uzağa gedən – Ayın fəth olunmasını hədəfləyən belə bir fikir söylədi: ”Mən inanıram ki, bizim millətimiz bu onilliyin sonuna qədər insanın Ay səthinə enməsi və təhlükəsiz Yerə dönüşü məqsədinə nail olacaq”.

Bu, demokratik ölkə prezidentinin öz xalqına yaxın on il üçün vədiydi.

Kosmik uğurdan eyforiya yaşayan SSRİ-nin dövlət rəhbəri Nikita Xruşşov da həmin il xalqına söz verdi. Oktyabrın 31-də Kommunist Partiyasının qurultayında çıxış edərkən dedi: ”Sovet xalqının indiki nəsli kommunizmdə yaşayacaq”. Qurultay nümayəndələrinin qəbul etdiyi proqram sənədində kommunizm quruculuğunun başa çatma tarixi də göstərilmişdi – 20 il sonra.

Bu isə totalitar rejim başçısının öz xalqına verdiyi söz idi.

***

Demokratik ölkənin lideri vətəndaşın ona çəkdiyi azadlıqlar çərçivəsində azaddı. O, cəmiyyət qarşısında hesabatlıdı. Onun söz və əməl cavabdehliyi var.

Kennedi tarixi vədi havadan verməmişdi. O, kosmik tədqiqatlarla məşğul olan mütəxəsislərlə məsləhətləşib, Aya insan çıxarmağın mümkünlüyünə əmin olub belə bir söz demişdi.

1969-cu ilin iyulunda ABŞ Aya insan çıxarıb, onu salamat Yerə endirdi.

İnsanların azadlığı üzərində əzmlə qələbə çalan avtoritar liderin azadlığı isə sərhəd tanımır. O belə hüdudsuz azadlığı milyon-milyon insanın səsini boğmaqla əldə edir.

Azadlıqlara qənim rejimlərdə deyilən söz, verilən vəd günəş şüalarında uçuşan rəngbərəng sabun köpükləri kimidi. Avtoritar liderin heç kim qarşısında cavabdehliyi yoxdu. Heç kim ondan verdiyi sözə, etdiyi əmələ görə hesab sormur.

Xruşşov kommunizm vədi verəndə nə analitik təhlilə əsaslanmışdı, nə də ondan hesab soracaq cəmiyyət vardı. Nəinki vəd olunan kommunizm quruldu, əksinə, rəhbəri olduğu ölkə Yer üzündən silindi.

Demokratik toplumlarda olduğu kimi despotik cəmiyyətlərdə də vətəndaşlar bərabərdilər. Amma birincidə onlar hər şeydilərsə, ikincidə heç nədilər. Ona görə ki, onları liderləri belə görür, belə dəyərləndirir.

***

Zamanın bir başqa dönəmi də gələcəkmiş. Daha vədlərin verilmədiyi dönəm. Xalqına söz verməyi belə lazım bilməyən liderlərin zamanını deyirəm.

Zaman onların ola bilər, amma tarix onların deyil!

Tarix verdiyi vədə bütün zamanlarda sadiq qalan liderlərindi.

Mənim də belə bir liderim var! O, vəd eləmişdi: ”Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Yüksəltdiyi bayraq 99 il sonra da dalğalanan lider. Bütün zamanların lideri…

26 may 2017
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol