• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək – VİDEO

Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək – VİDEO
27.05.2017 10:30
Azərbaycanda dövlət xəstəxanaları ilə yanaşı, poliklinikalar da pullu xidmət göstərəcək. Bütün işlərə icbari tibbi sığortanın tətbiqi başa çatdıqdan sonra başlanılacaq. Hazırda pullu xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi üçün Nazirlər Kabinetinə verilib.

Anews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra bu qayda tətbiq ediləcək.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki, hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Artıq bununla bağlı nazirlik tərəfindən Nazirlər Kabinetinə siyahı da verilib.

"Nazirlər Kabineti "Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyətinin Tarif Şurasına verilməsi nəzərdə tutulur. Bütün işlərə isə ölkədə icbari tibbi sığortanın tətbiqi yekunlaşdıqdan sonra başlanılacaq”, - E.Əzizov bildirib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol