• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ali təhsilli işsizlər ordusu

Azərbaycanın ali təhsilli işsizlər ordusu
08.06.2017 10:30
Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planının ildən-ilə artırılması ali təhsilli işsizlər ordusunun böyüməsinə gətirib çıxarır.

Anews.az-ın məlumatına görə, ali məktəblərə qəbul plan yerləri ayrılan zaman əmək bazarının tələbləri nəzərə alınmır. Bu proses həyata keçirilən zaman əsas məqsəd universitetin gəlir əldə etməsidir. Hər il minlərlə gənc sevdiyi peşəyə yiyələnmək məqsədilə universitetə qəbul olur.

Həmin gənclərin çoxu, təxmini hesablamalara görə 80%-i böyük ümidlərlə əlinə aldığı diplomla iş tapa bilmir və diplomlu işsizlər ordusunun sıralarına qoşulur.  

Elə bunun nəticəsidir ki, son illərdə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən abituriyentlərin sayı kəskin şəkildə aşağı düşüb. Lakin buna baxmayaraq, universitetlərin plan yerlərinin sayı ciddi şəkildə artıb.

Əgər 2010-cu ildə ali məktəblərin qəbul imtahanlarında 110 min nəfər iştirak edirdisə və onlara 29 min plan yeri ayrılırdısa, 2017-ci ildə 69 min nəfər ərizə təqdim edib ki, onlar üçün də 43 min plan yerləri ayrılıb.

Yəni bu il, 2017/2018 tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupunda 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur. Son 3 ilin qəbul planı belə olub: 2014/2015-ci tədris ilində 37 763, 2015/2016-cı tədris ilində 38 831, 2016/2017-cı ildə 41 736.

Təhsil eksperti Kamran Əsədov Oxu.Az-a müsahibəsində, qəbul planının artırılmasında abituriyentləri deyil, universitetlərin mənafeyinin güdüldüyünü bildirdi. 

O, bu gün Azərbaycan universitetlərinin qəbul planında ödənişli yerlərə üstünlük verdiyini deyir:
"Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu təhsil ocaqlarında oxuyan tələbələrin sayı 163 min nəfərdir. Qəbul plan yerinin 71 faizi ödənişli əsaslı plan yeridir. Hazırda 120 mindən çox tələbə universitetlərdə öz vəsaitləri hesabına təhsil alırlar ki, ortalama təhsil haqqı iki min manata qədərdir”.

Eksper deyir ki, işsizlik ordusunun yaranmasının əsas səbəbi qəbul zamanı əmək bazarının nəzərə alınmamasıdır: "Bir çox ixtisaslara ehtiyac olmamasına, bu sahələr üzrə kifayət qədər kadr potensialının mövcud olmasına baxmayaraq, hələ də bu ixtisaslara qəbul aparılır. 2016-cı ildə orta məktəblərdə müəllim vəzifəsinə qəbul zamanı 34 min nəfər sənəd təqdim etmişdi. Onların 3 mini işə qəbul olundu. Yerdə 30 mindən çox ali təhsilli , lakin işlə təmin olunmayan müəllim ordusu qaldığı halda, hələ də ali məktəblərin müəllimlik ixtisaslarına qəbul aparılır.

Bundan başqa, bir sıra ixtisaslar var ki, onlar üzrə kadr hazırlığı həm peşə məktəblərində, həm orta ixtisas məktəblərində - kolleclərdə, həm də ali təhsil müəssisələrində həyata keçirilir ki, bu da işlə təmin olunma zamanı aşağı pillələrdə təhsil alanlara problemlər yaradır.

Hesab edirəm ki, bir sıra ixtisaslar üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı təhsilin bir pilləsində həyata keçirilməlidir. Bu qədər çoxsayda ali məktəblərə qəbul aparmağa ehtiyac yoxdur”.

Son 4 ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb.

2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq.

Bu tədris ilində 41 736 plan yerinə 34 224 tələbə qəbul olmuşdusa, növbəti qəbul zamanı bu rekordun yenilənəcəyi gözlənilir.

Savadlı olmaq yaxşıdır, amma illərlə universitet yollarında ayaq döyüb, ixtisası üzrə iş tapa bilməyən gəncin gözündə o diplom yararsız bir kağız parçasına çevrilir. İtirən Azərbaycanın gələcəyi olan övladlarımız, qazanan isə universitetlərin büdcəsi olur...

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol