• $
  • €
  • ₽
  • ₺
  • £

Fransanın “Thales” şirkəti "Nərimanov" deposuna baxış keçirib

Fransanın “Thales” şirkəti "Nərimanov" deposuna baxış keçirib
09.06.2017 15:20
Fransanın "Thales” şirkəti və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanan müqaviləyə əsasən, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdırmaq məqsədi ilə şirkət "Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, bununla əlaqədar şirkətin nümayəndələri - Tomas Lannuzel, Pedro Madureyra Nunyes, Sedrik Lua "Bakı Metropoliteni” QSC-yə ezam olunublar. Səfər çərçivəsində yenidən qurulması nəzərdə tutulan "Nərimanov” elektrik deposunun işarəvermə və rabitə sistemlərinin, qatar hərəkətinin idarə olunması sistemləri və avadanlıqlarının müasir tələblər səviyyəsinə çatdırılması, o cümlədən yoldəyişdirici qurğuların, yeni nəsil işıqforların quraşdırılmasında buna qədər yaranan suallar yerində araşdırılıb və təkliflərin müzakirəsi aparılıb.

"Thales”in nümayəndələri həmçinin, "Nərimanov” elektrik deposunda inşası davam edən qatarların əsaslı təmiri sexi və qatarların sınaq yolu ilə yaxından tanış olublar.

Qarşılıqlı əməkdaşlıq, fikir və təcrübə mübadiləsi son iki il ərzində mütəmadi davam etdirilib. "Nərimanov” elektrik deposunun park yollarında rels dövrələrinin dəyişdirilməsi, yeni avtostopların quraşdırılması, cütləşmiş yolayırıcıların idarə olunması və digər bu qisimdən olan mövzular ətrafında sonuncu geniş müzakirə mart ayında Bakı metropoliteninin işarəvermə və rabitə xidmətinin əməkdaşlarının Fransaya səfəri zamanı olmuşdu.

Bu yeniliklər gələcəkdə Bakı metropoliteninin mövcud xətlərində idarəetmə sistemlərinin müasir standartlar səviyyəsinə qaldırılmasının başlanğıcı olacaq.

Qeyd edək ki, 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes forumunun gedişində imzalanmış müqaviləyə əsasən, "Thales” şirkəti Bakı metrosunun yeni xətlərinin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir. "Thales” şirkəti yeni Bənövşəyi xətdə işarəvermə və idarəetmə sistemlərini tətbiq, metropoliteni müvafiq avadanlıqlarla təchiz etməklə yanaşı, həm də kadrların hazırlanmasını da həyata keçirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol