BMT baş katibi Əfqanıstanda elan edilməmiş səfərdədir

Antoniu Quterriş: Elə indicə hökumətlə danışıqlar üçün Kabilə çatdım.
BMT-nin Baş katibi Antoniu Quterriş Əfqanıstanda elan edilməmiş səfərdədir.
"Report" xəbər verir ki, bu barədə baş katib "Twitter" hesabında yazıb.
"Elə indi hökumətlə danışıqlar və insanlarla söhbət üçün Kabilə çatdım. Zorakılıq və əzab-əziyyət dövründə BMT Əfqanıstanı dəstəkləyir", - A.Qutteriş bildirib.
Baş katib Ramazan ayında oruc tutan bütün dünya müsəlmanlar ilə həmrəyliyini göstərmək məqsədi ilə onlara qoşulub, hamını sülhə və mərhəmətə çağırıb.
Qeyd edək ki, BMT baş katibi ötən həftədən Mərkəzi Asiya ölkələrinə turneyə çıxıb. O, iyunun 8-dən etibarən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























