• $
  • €
  • ₽
  • ₺
  • £

"Parabank” aprel şəhidini məhkəməyə verdi

"Parabank” aprel şəhidini məhkəməyə verdi
14.06.2017 15:50
"Parabank” kredit borcuna görə aprel şəhidimizin ailəsinin evini əlindən almaq istəyir.
 
Anews.az xəbər verir ki, bu barədə Axar.az-a şəhidin qardaşı Xəlil Qasımov məlumat verib. Onun sözlərinə görə, bank məhkəməyə verdiyi iddia ərizəsində şəhid qardaşını da cavabdeh kimi göstərib.

X.Qasımov bildirir ki, dəfələrlə "Para” Bank Olmayan Kredit Təşkilatından kredit götürüb və vaxtlı-vaxtında ödəniş edib. Sonuncu dəfə isə 2014-cü ildə qurumdan 80 min manat kredit götürüb. Sonradan 7-8 min dollar dəyərində qızılı banka qoyub və bunun müqabilində ona 21 min manat kredit ayrılıb.

Xəlil Qasımov bu pulu almadığını, kredit üçün etdiyi ilk ödənişlərin də almadığı bu borca çıxıldığını və məsələ ilə bağlı şikayət ərizəsi yazdığını deyir:

"Maddi vəziyyətimin pisləşməsi səbəbindən borcu ödəməkdə çətinlik çəkdiyim üçün 2 ay ərzində banka dəfələrlə müraciət etdim. Bir müddət sonra banka çağırıldım, mənə yeni müqavilə imzalatdılar və vaxtı uzatdılar. Həmin vaxt 48 min manat borc qalmışdı”.

X.Qasımovun sözlərinə görə, "Parabank”ın "Azadlıq” filialının müdiri Elnur Novruzov müqavilənin müddətinin uzadılması qarşılığında ondan 2500 manat pul alıb:

"2500 manata görə heç bir qəbz verilmədi və kreditimdə də azalma olmadı. Ona görə düşünürəm ki, o pulu rüşvət olaraq məndən alıblar. Sonradan ödəniş edəndə mənə bankdan zəng edib bildirdilər ki, borcu dollarla ödəməliyəm. Demə, müddət uzadılanda kredit manatdan dollara çevrilib və mən də oxumadan imzalamışam. Uzadılan müqavilədə dollarla göstərilən borcun həcmi də faizlə birgə 69 min dollara çatıb”.

2015-ci ildə, devalvasiya ərəfəsinə düşən bu prosesdən sonra 2 ildir ödəniş edə bilmədiyini və 1 il öncə borcun müddətinin yenidən uzadıldığını, bu zaman borcunun 76 min dollara qalxdığını deyən Qasımov BOKT-nin məhkəmə müraciətinə də toxunub:

"Məhkəmədən iddia ərizəsinin surətini alarkən şəhid qardaşım Əzizzadə Xalid Həsən oğlunun adının da cavabdehlər sırasında yazıldığını gördük. Mənim qardaşım heç vaxt o bankda olmayıb və zəmanətçi kimi də imza atmayıb. Onun cavabdehlər sırasında göstərilməsi bu qurumun öz müştərisinə və dəyərlərimizə hörmətsizliyinin bir daha göstəricisi sayılmalıdır”.

Qardaşının şəhid olana qədər o evdə yaşadığını və şəhid ailələrinin kredit borcuna güzəştlərin tətbiqi ilə bağlı cəmiyyətin, ziyalıların, o cümlədən ölkə rəhbərliyinin mövqeyinin Para BOKT-na heç bir təsiri olmamasından gileylənən X.Qasımov artıq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlər etdiklərini də bildirib:

"Mehriban xanım Aprel şəhidlərinin anaları ilə görüşündə ailəmizə dəstək oldu, anamın dərdini bölüşdü, dövlətin şəhid ailələrinə diqqətini, qayğısını nümayiş etdirdi. Təəssüf ki, Para BOKT öz müştərisinə, şəhid ailəsinə qarşı adekvat davranmır. Nə devalvasiyadan sonra borclulara tətbiq edilən güzəştlərdən, nə də şəhid ailələrinə bankların fərqli yanaşmasından biz Para BOKT sayəsində yararlana bildik. Əvəzində isə bu qurum şəhid qardaşımı cavabdeh kimi məhkəməyə verdi”.

Para BOKT-dən Axar.az-a bildirildi ki, hüquqşünaslar iş yerində olmadığından, məsələ ilə bağlı yalnız iyunun 16-da açıqlama verə bilərlər.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol