• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda üz dəyişdirmək mümkündür?

Azərbaycanda üz dəyişdirmək mümkündür?
15.06.2017 13:32
Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Con Travolta və Nikolas Keycin baş rollarda olduğu "Üzsüz” filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur,  eləcə də üz cərrahi müdaxilədən sonra kinolardakı kimi mükəmməl görünmür.

Anews.az-ın xəbərinə görə, ARB TV-nin "Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

"Üz dəyişdirmək əməliyyatı çox mürəkkəb bir əməliyyatdır və dünyada bir neçə ölkədə, bir neçə xəstəyə aparılır cəmi. Aralarında ölən xəstələr də var. Bu xəstələr ömür boyu dərmandan istifadə edirlər ki, üz qalsın, ayrılmasın”, plastik cərrah Rauf Kərimov deyib.

Əməliyyat zamanı pasiyentə  ölmüş adamın üzü köçürülür.

"İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna görə ölkəmizdə meyitdən orqan köçürülməsi mümkün olsa da, təcrübədə bir çox problemə rast gəlinir. Belə  əməliyyat hələ ki, baş tutmayıb. Məsələ ilə bağlı dünyada fərqli qaydalar  var.  Müəyyən ölkələrdə şəxsin dünyasını dəyişmədən öncəki razılığı əsas götürülsə də, bəzilərində vəfat edən insanın qohumlarının icazəsi də şərtdir. Ölkəmizdə isə artıq bir neçə ildir bununla bağlı müzakirələr gedir.

Üzün nəqlinə gəldikdə isə problem təkcə təcrübədə yaşanmır. Ölkə qanunlarında üz köçürülməsinə ümumiyyətlə toxunulmayıb.

"Qanunda elə orqanın transplantasiyasından söhbət gedir ki, o orqan cüt olsun və bundan sonra donora həyatını davam etməsi imkanı yaransın. Üzün transplantasiyası zamanı donor həyatını davam etdirə bilməz”, - hüquqşünas Vüqar Səfərli bildirib.

Dünyada üzün cərrahi müdaxilə ilə müəyyən qədər dəyişdirilməsi hallarına rast gəlinir. Ehtimallara görə, bu  kriminal avtoritetlər arasında baş verir. Amma bu əməliyyatlar leqal olmur və gizli aparılır. Üzün dəyişdirilməsinə rəsmi icazə verildiyi hallar da var.  Məsələn, bəzi ölkələrdə önəmli məhkəmə proseslərində şahidlik edən şəxslərin qorunması üçün əməliyyata icazə verilir. Bu zaman başqa hüquqi məsələlər də ortaya çıxır.

Plastik cərrah Rauf Kərimov əlavə edib ki, üz dəyişdirilməsi hüquqi prosesdir:

"Bu böyük bir dövlət xəstəxanasından aparılacaq əməliyyatdır. Hər yerdən icazə alınır və təsdiqlənir. Böyük ehtimal onun şəxsiyyət vəsiqəsi də dəyişilir”.

Reallıq odur ki, ölkəmizdə üz transplantasiyası hələ ki mümkün deyil.  Üzün dəyişdirilməsinə qədərki proseslər kimi, əməliyyat baş tutduqdan sonra şəxsin həyat  və fəaliyyəti qanunla tənzimlənmir. Meyitdən orqanların köçürülməsi məsələsi  isə müzakirə olunsa da, reallaşdırmaq çətindir.  Üz transplantasiyasının nə zaman mümkün olacağını isə təcrübə göstərəcək.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol