• $
  • €
  • ₽
  • ₺
  • £

Bu çimərliklər təhlükəlidir

Bu çimərliklər təhlükəlidir
15.06.2017 15:56
Artıq çimərlik mövsümünün açılışına sayılı günlər qalıb.

Anews.az ARB TV-yə istinadla xəbər verir ki, insanların ən çox üz tutduğu Novxanı, Türkan, Bilgəh, Buzovna, Şıx və digər çimərliklərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb. Vəziyyət heç də ürəkaçan deyil. Abşeron yarımadasının sahil boyu əraziləri istirahət üçün yararlı olsa da, antisanitariyanın hökm sürdüyü bölgələr də var.

Ziyəddin Kazımov (GEM-nin şöbə müdiri) : "Səbael və Qaradağ rayonları ərazisindəki yerləşən çimərlik, Sahil çimərliyi və Şıxovdakı çimərliklər məqsədəuyğun sayılmır. Digər ərazilərdəki çimərliklərdə isə vətəndaşlarımız səmərəli şəkildə dincələ bilərlər".

Səhhətiniz üçün təhlükəli olduğundan ordalarda çimmək qadağandır. Mütəxəssislər deyirlər ki, çimmək üçün qadağan edilən ərazilərdə kanalizasiya xətləri olmadığından məişətdə istifadə olunan çirkab sular birbaşa Xəzər dənizinə axıdılır. Orda isə heç bir təmizləmə işləri həyata keçirilmir. Belə antisanitar məkanlarda çimmək isə bir sıra infeksion xəstəliklərə, xüsusilə də mədə bağırsaq və dəri problemlərinə yol açır.

Elfanə Süleymanova (həkim) : "İnsanlar dənizdə çimərkən müxtəlif infeksiyalara yoluxa bilər. Ən çox dəri və mədə-bağırsaq infeksiyaları ola bilir. Əsas faktor insanın immunitetinin nə qədər inkişaf etməsidir".

Bu cür çimərliklər isə nəinki, sağlamlıq, həmçinin təhlükəsizlik baxımdan da tələblərə cavab vermir. Ona görə də aidiyyatı qurumlar belə ərazilərə getməməyi tövsiyə edir. 100-dən artıq texnika və 400-ə yaxın xilasedicisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd sakinlərin rahatlığını və təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Ölkə prezidentinin çimərliklə bağlı verdiyi sərəncama uyğun olaraq, artıq Azərbaycanda beynəlxalq turizm standartları hazırlanır. Bunun üçün isə Türkiyənin təcrübəsindən istifadə olunacaq. Sahibkarlar qarşısında qoyulan şərtlərdən biri çimərliklərdə xidmət səviyyəsinin standartlara cavab verməsi məsələsi olacaq. Qiymətlərə də xüsusi nəzarət tətbiq ediləcək. Bu zaman sözün əsl mənasında istirahət etmək istəyən vətəndaşlar belə antisanitar vəziyyətlə qarşılaşmayacaqlar. Onu da deyək ki, çimərlik mövsümü iyunun 15-dən açıq elan edilir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol