• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA prezidenti: "Azərbaycan elmi özü vəsait qazanmalıdır"

AMEA prezidenti: "Azərbaycan elmi özü vəsait qazanmalıdır"
16.06.2017 13:40
Qanunvericilikdə alimin ixtirasından 20-30% gəlir əldə etməsi qeyd olunmalıdır.

"Azərbaycan elminin innovasiyaları var, lakin onların tətbiqi zamanı çətinliklərlə üzləşir. Azərbaycanda bizneslə elmin əlaqəsinin yaranması üçün biznes bazası mövcud deyil".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

"Aydındır ki, Azərbaycan biznesi gəncdir, Azərbaycan elminə çox maraq göstərmir. Risk etməyi hələ düşünmür. Hesab edirəm ki, Azərbaycan elmi özü vəsait qazanmalıdır. Alimlər biznesin qarşısında borcludurlar. Onlar iş adamlarında maraq oyatmalıdırlar", - deyə A.Əlizadə bildirib.

AMEA prezidentinin sözlərinə görə, xaricdəki xırda ixtiranın gəlir gətirməsi mexanizmi Azərbaycanda yoxdur: 

"Müəlliflər gəlir gətirən ixtiralarından stimul alırlar. Hesab edirəm ki, qanunvericilikdə alimin ixtirasından 20-30% gəlir əldə etməsi qeyd edilməlidir. Ölkədə faktlar var ki, azərbaycanlı alimlərin ixtiralarından yerli dövlət və özəl şirkətlər böyük gəlir əldə edir. Lakin alimə hər hansı vəsaitin verilməsi heç kimin yadına düşmür".

Azərbaycanda elmin kifayət qədər əldə etdiyi nailiyyətlərin olduğunu qeyd edən A.Əlizadə əlavə edib ki, elm bizneslə ölkənin inkişafı naminə təmas yaratmalıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol