• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tibb sahəsində yenilik

Azərbaycanda tibb sahəsində yenilik
20.06.2017 10:33
Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəsəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub.

Publika.az xəbər verir ki, əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.

Klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun sözlərinə görə, 62 yaşlı qadın xəstə dilin törəməsi ilə bağlı müraciət edib:

"Dilində bədxassəli şişi olan bu xəstə əvvəllər müalicə alıb, hətta əməliyyat olunub. Dilinin bir hissəsi, boynundakı limfa düyünləri götürüldükdən sonra xəstə şüa müalicəsinə göndərilib, 8 ay müddətində özünün həyatına davam edib. Bu xanım bundan öncə də bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman və şüa müalicəsi alıb. Yəni, ümumi onkoloji xəstədir”.

Lakin bu günlərdə həmin qadının dilində yenə kəskin ağrılar baş qaldırıb. M.Davudov bildirir ki, müayinələr nəticəsində xəstənin dilinin digər tərəfində də şişin yayılması, törəmənin massiv şəkildə bütün dili tutduğu aşkarlanıb. "Onkoloqlarla konsultasiyadan sonra belə qərara gəlindi ki, xəstədə şüa terapiyası artıq mümkün deyildi, kimyəvi dərman müalicəsi heç bir effekt vermirdi. Burda yeganə çıxış cərrahi əməliyat görüldü. Cərrahi əməliyyat daha radikal şəkildə icra olunmalıydı - dil tam şəkildə götürülməli idi. Təbii ki, dilin tam götürülməsi texniki cəhətdən çətinlik törətmir. Amma əsas məsələ - əmələ gələcək defektin bərpası idi. Konsulium nəticəsində dili və dilaltı nahiyəni götürdükdən sonra əmələ gəlmiş geniş həcmli bir defektin sərbəst damar ayaqcıqlı toxuma ilə aradan qaldırılması planlaşdırıldı”.
Beləliklə, xəstə əməliyyata götürülüb. Xəstənin əməliyyatdan sonrakı qidalanma probleminin aradan qaldırılması üçün onda eyni zamanda perkutan endoskopik qastrostomiya əməliyyatı da icra olunub: "Bir sıra inkişaf etmiş ölkələrdə belə xəstələrin əməliyyatdan sonrakı qidalanmasında problemi aradan qaldırmaq üçün məhz bu üsuldan istifadə edirlər. Xəstə klinikanın ümumi cərrahları tərəfindən əməliyyat olunub. Hazırda xəstənin qidalanması bərpa olunur, ona istənilən qidanı vermək mümkündür. Bu isə yaraların sağalması, xəstənin yaxşılaşdırılması üçün çox mühüm bir şərtdir”.

Həkim bildirir ki, bu mürəkkəb əməliyyat 7 saat davam edib. Boyundakı damarların anestomozu hazırlanıb. Belin arxa yan hissəsi (belin eninə əzələsi) buradakı arterial və vena damarlarla birlikdə kəsilib, həmin damarlarla boyundakı damarlara anestomoz qoyulub: "Torakodokzal arteriya və vena dediyimiz damarlarla yuxarı qalxanvari arteriya və yuxarı qalxanvari vena arasında anestomoz qoyuldu. Götürülmüş dəri əzələ diliminin köməyilə həm dil, həm də ağızdibi nahiyə formalaşdırıldı və tikildi. Xəstə təxminən bir həftə müddətində şöbəmizdə stasionar müalicədə oldu. Bu əməliyyatın özəlliyi sadəcə əməliyyatın texniki cəhətdən uğurla başa çatmasında deyil, eyni zamanda əməliyyatdan sonraki konservativ müalicənin davam etdirilməsidir. Tədris Cərrahiyyə Klinikası və bizim şöbəmiz, rezidentlərimiz bu sahədə həm fəaldırlar, həm də artıq peşəkarlaşıblar. Onların zəhməti nəticəsində bizim köçürdüyümüz toxumada heç bir problem olmadı”.

Qeyd edək ki, xəstə artıq özü gəzib yeyə bilir. Onu evə buraxıblar. Müəyyən müddətdən sonra xəstənin danışığı da bərpa olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol