• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir şəhid ailəsini məhkəməyə verdilər

Daha bir şəhid ailəsini məhkəməyə verdilər
26.06.2017 11:00
"Azərbaycan bankları şəhidlərə, əlillərə və müharibə iştirakçılarına hörmət etməyi dayandırıb. Şəxsən mən bununla daim rastlaşıram. "Para" BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı məsələ təzəcə həll olumuşdu ki, başqa bir maliyyə qurumu digər bir şəhid ailəsini məhkəməyə verib. Bank of Baku-nun Simuzər Ağakişiyevaya qarşı iddiası üzrə məhkəmənin iclası artıq bazar ertəsi, iyunun 26-da keçiriləcək. Halbuki o, dörd uşaq anası və dul şəhid qadınıdır". 

Bunu virtualaz.org-a hərbi ekspert, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Əbuzər Əbilov deyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra qeyri-bank kredit təşkilatı "Para" ASC-nin şəhidə qarşı iddiası geri çağırılmışdı.

"Və budur, indi Bank of Baku Qarabağ müharibəsinin iştirakçısını məhkəməyə verib. Simuzər Ağakişiyeva 1992-ci ildə cəbhəyə getmişdi, indi bank onunla- dörd uşaq anası, şəhid arvadı ilə məhkəmə çəkişməsi aparır və artıq ödənmiş kredit üzrə onu yeni ödəməyə məcbur etməyə çalışır", - Ə.Əbilov bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin özəl və dövlət strukturlarına veteranlara, əlillərə, həmçinin Qarabağ müharibəsində öz yaxınlarlarını itirmiş ailələrin üzvlərinə kömək göstərmələri ilə bağlı konkret tapşırığı var. "Belə təəssürat yaranır ki, banklar hakimiyyəti tanımır və prezidentin tapşırığına məhəl qoymurlar", - ekspert vurğulayıb.

Polkovnik-leytenant deyib ki, o özü də maliyyə müəssisələrinə aid olan problemlərlə rastlaşır: "Mən kiçik kredit üzrə ödəniş edirəm: pensiyamı alır və ödəmələrimi edirəm. Bəzən pensiyanın alınmasında kiçik, məsələn iki günlük, ləngimələr olur. Bank dərhal cərimələr əlavə edir. Bundan başqa, kollektorlar zəng vurur, pul tələb edirlər. Halbuki kreditin ödənməsi şərtlərini necəsə yüngülləşdirməyə söz vermişdilər, amma... "otkat" müqabilində. Yəni onlarda hər şey pula söykənir".

"Biz, Qarabağ müharibəsi veteranları sosial şəbəkələrdə aktivik, bizim öz qruplarımız var. Biz hamınız istənilən vaxt ölkənin çağırışı və ürəyimizin səsi ilə cəbhəyə yola düşməyə hazır olan vətənpərvərlərik. Və biz haqsızlığa, eləcə də Azərbaycan banklarının prezident İlham Əliyevin tapşırıqlarına ən azı məhəl qoymamalarına qarşıyıq. Biz dövlət başçısına, birinci vitse-prezidentə, Milli Məclisin deputatlarına müraciət hazırlayır və orada dövlət başçısının tapşırıqlarına açıq etinasızlıq bəsnəlidiyi barədə faktları göstərmək istəyirik", - Ə.Əbilov sonda qeyd edib. 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol