• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici turlar niyə bahalaşıb?

Xarici turlar niyə bahalaşıb?
30.06.2017 17:00
Ötən ilin may ayı ilə müqayisədə bu ilin analoji dövründə xarici turların qiyməti 4.5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Turların bahalaşmasının səbəblərini FİNS-ə açıqlayan turizm şirkətlərindən birinin xarici əlaqələr üzrə meneceri Ülfanə Mahmudova deyib ki, qiymət artımına bir neçə amil təsir edib.

Əsas səbəblərdən biri mövsüm amili ilə əlaqədardır. Belə ki, yay fəslinin başlaması xaricə üz tutanların sayının artmasına da təsir edib. Biletlərin sürətli satıldığını görən aviaşirkətlər qiymətləri artırırlar.

Ülfanə Mahmudova qeyd edib ki, son 3 ildə aviabiletlər nəzərə çarpacaq dərəcədə bahalaşıb. Həmçinin, manatın devalvasiyası və avronun bahalaşması da qiymətlərə təsir edib.

Məsələn, ötən ilin yay aylarında  Dubaya aviabilet 200 manatdan başlayırdı. Bu il isə bu rəqəmlər 300-400 manata yüksəlib. Bundan əlavə, 2016-cı ildə  yayda İstanbula aviabilet  sifarişi 320 manat təşkil edirdisə,  eyni biletin qiyməti indi 380 manatdan başlayır.

Avropanın ucuz uçuşlar təşkil edən  aviaşirkəti  WizzAir də qiymətləri kəskin artırıb. Məsələn, ötən ilin eyni dövründə ən bahalı bileti 150 avroya almaq olardısa, indi həmin bilet 2 dəfə bahalaşaraq 300 avro olub.  

Ülfana Mahmudova bildirib ki, bununla belə aviabiletlərin bahalaşması xaricə səfər edənlərin sayına təsir etməyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol