• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə nadir tapıntı – FOTOLAR

Qəbələdə nadir tapıntı – FOTOLAR
03.07.2017 16:20
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya may və iyun aylarında Qəbələ beynəlxalq aeroportu ərazisində xalkolit dövrünə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işləri aparıb.  

anews.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədqiqatlar Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə də Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, e.ə. IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyaların baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərib.

Son qazıntılar zamanı Qalayerində ilk dəfə olaraq iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci dayaz quyu aşkarlanıb. Yarımqazmadan xalkolit dövrü üçün nadir tapıntılardan olan çıraq qalığı da tapılıb.
 


İnstitutdan bildiriblər ki, yarımqazmanın strukturu və oradan çırağın aşkar edilməsi bu yerin abidənin qədim sakinlərinin ibadətgahı olmasını ehtimal etməyə əsas verir: "Maraqlı tapıntılardan biri kimi qədim metallurgiyada istifadə edilən gildən hazırlanmış qəlibin aşkarlanmasını xüsusilə qeyd etmək lazımdır. Metal külçələr üçün nəzərdə tutulmuş bu qəlib bütün Qafqazda bu qəbildən olan ən qədim tapıntıdır və bu regionda xalkolit dövrünə aid ikinci belə bir tapıntı hələlik məlum deyil. Bu qəlibin aşkarlanması hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiyini, külçələri uzaq məsafələrə, çox ehtimal ki, Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir. Qalayerində qazıntı zamanı küp tipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər və s. tapılıb. Bütün bunlar xalkolit dövrü əhalisinin həyat tərzi, təsərrüfat fəaliyyəti barədə məlumat verir. Ümumiyyətlə, bu abidə Azərbaycanda erkən idarəçilik ənənələrinin, dövlətin rüşeymlərinin bir sıra xüsusiyyətlərini özündə əks etdirir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol