• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Koreya valyutası ucuzlaşmağa başlayıb

Cənubi Koreya valyutası ucuzlaşmağa başlayıb
04.07.2017 18:25
ARDNF-in investisiya portfelinin 1,3%-i Koreya vonunda yerləşdirilib.

Cənubi Koreyanın milli valyutası - von Şimali Koreyanın ballistik raketi sınağdan keçirməsi xəbəri ilə ucuzlaşmağa başlayıb.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, von ABŞ dolları ilə müqayisədə son 4 ayın minimal səviyyəsinə düşüb. Qeyd edək ki, hazırda məzənnə 1 150 KRW/USD-yə bərabərdir. İyunun 27-28-də xarici investorlar 2 trln. von (1,7 mlrd. ABŞ dolları) həcmində dövlət istiqrazı satıblar.

ABŞ-da uçot dərəcəsinin artması nəticəsində Amerika istiqrazları üzrə faizlərin yüksəlməsi İndoneziya istiqrazlarına marağı azaltdığından, bu ölkənin yerli valyutası - rupi də ucuzlaşmağa başlayıb. Nəticədə, məzənnə 13,93 IDR/USD-yə yüksələrək mayın 19-dan etibarən ən yüksək səviyyəyə çatıb. Xarici investorlar iyunun 30-da 1,5 trln. rupilik (112 mln. dollarlıq) İndoneziya dövlət istiqrazı satıblar.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 1,3%-i, yəni 430 mln. dollarlıq hissəsi Koreya vonunda aktivlərə yatırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol