• $
  • €
  • ₽
  • ₺
  • £

Bu çimərliklərdə gürzələr var

Bu çimərliklərdə gürzələr var
19.07.2017 15:00
Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.

anews.az xəbər verir ki, Report problemlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərovun fikir və məsləhətlərini öyrənib.

Anar Cəfərov bildirib ki, yay aylarında ilanlar özləri üçün sərin və kölgəli yerləri seçdiyindən,  insanlar zirzəmilərdə, kölgəli yerlərdə ehtiyatlı olmalıdırlar: "Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr, yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyaların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir”.

Herpetoloq bildirib ki, ilanların sayında artım olmasa da, aktivlik müşahidə olunur. Onun fikrincə, bu hal şəhərdə aparılan tikinti işləri və su hövzələrində dəyişkliyin baş verməsi ilə bağlıdır: "Çöllük ərazilərdə su mənbələri quruduğuna görə ilanların insanların yaşadığı ərazilərə intensiv axını daha çox baş verir.

İntensivliyin artması təhlükəni də artırır. Məsələn, şəhərin müxtəlif yerlərində tikinti işləri aparılır. İstər-istəməz vibrasiya artır və yaxınlıqda olan sürünənlərin daha sakit yerlərə çəkilməsi baş verir. Şəhər daxilində köhnə məhəllələr sökülür. "Sovetski”nin özündə bu cür hallara rast gəlinir. Söküntü olanda ilanlara intensiv rast gəlinirdi, mütəxəssis kimi məni çağırırdılar. Həyət evləri tikilir. Onların da təsiri var. Texnikanın işlədiyi və səs-küyün artdığı yerdə ilanlar daha dağınıq hərəkət edir və göz qabağına çıxırlar”.

Abşeronda sarı və boz əqrəblərə rast gəlindiyini deyən A.Cəfərov bildirib ki, onların sancması insan həyatı üçün təhlükəli olmasa da, onlar zəhərlidir. Belə ki, bu cür sancmalar insanda 3-4 gün qızdırma verir. Herpetoloq ölkə ərazisində kifayət qədər çox olan vəhşi arıların da təhlükəli olduğunu, kütləvi sancmalarının ölümlə nəticələnə biləcəyini qeyd edib.

Dərmanlama tədbirlərini mütəxəssislər aparsa, yaxşıdır

A.Cəfərov deyib ki, ilanların yaşayış evlərinə gəlməsinin qarşısını almaq üçün evi, həyəti dərmanlamaq olar. Onun sözlərinə görə, ilan dərmanları nə insanlara, nə heyvanlara ziyan vurmur, sadəcə, spesfik iyinə görə onları uzaqlaşdırır: "Həşəratlara görə isə pestisidlərdən istifadə olunur. Buna görə də dərmanlama prosesini lisenziya almış xüsusi qurumların nəzarəti ilə həyata keçirmək məsləhətdir. Çünki özbaşına dərmanlama zamanı insan özü də zəhərlənə bilər”.

Herpetoloq onu da bildirib ki, ilan sancanı iki saat müddətində ilk yardım məntəqəsinə, yaxud da yaxınlıqda toksikologiya mərkəzi varsa, həmin məkanlara aparmaq lazımdır: "Əgər yaxınlıqda yardım edəcək məntəqə yoxdursa, insanlar təcili tibbi yardıma müraciət edə bilərlər. Çünki onlarda çox vaxt ilana qarşı vaksin olur. Həşərat sancdıqda da təcili tibbi yardıma müraciət olunsa, yaxşı olar. Çünki insanların çoxu allergiyası olduğunu bilmir və həşərat sancdıqda güclü təngnəfəslik baş verir. Şiş, qızartı və bəzən səpkilər əmələ gəlir ki, bu da mənfi fəsadlara yol aça bilər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol