• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda qatarların hərəkəti dayandı

Bakı metrosunda qatarların hərəkəti dayandı
03.08.2017 23:30
Ötən gecə Bakı metropoliteninin Koroğlu stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub. İstiPress xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib.

Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib. Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb.

Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə 23:15-də Həzi Aslanov–Dərnəgül xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.

"Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar Koroğlu stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib”.

Nəsimi Paşayev bildirib ki, qatarların hərəkətində 4 dəqiqə fasilə yaranıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol