• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda dəhşət: 200 nəfər həkimə müraciət etdi

Sumqayıtda dəhşət: 200 nəfər həkimə müraciət etdi
18.08.2017 21:18
Sumqayıtda it dişləməsindən 20 gün sonra 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib. İstiPress xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Respublika Taun Əleyhinə Stanisiyasının şöbə müdiri Rita İsmayılova məlumat verib. Həkim avqustun 17-də qızın ölümünün quduzluq nəticəsində baş verdiyini təsdiqləyib.

Mikayılzadə iyulun 31-də xəstəxanaya yerləşdirilib. Qıza hücum edən it onu üz və alın nahiyəsindən dişləyibmiş.

Rita İsmayılova qeyd edib ki, həmin nahiyələr insan bədənində ən təhlükəli yerlərdəndir, çünki buradan infeksiya əsəb sisteminə tez yoluxur. Həkimlər dərhal uşağa vaksin vuraraq onu reanimasiya şöbəsinə yerləşdiriblər. Lakin aparılan müalicəyə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. Qız vaksinasiya tsikli başa çatmamışdan vəfat edib.

İsmayılova deyib ki, baş verən hadisədə həkimlərin günahı yoxdur. Tibbdə həmişə qaydalardan istisnalar olur. Belə hallara nadir rast gəlinsə də, onların haqqında tibbi ədəbiyyatda yazılıb. Müalicənin keyfiyyətinə insanın immuniteti və digər xəstəliklər də az təsir göstərmir.

Qeyd edək ki, bu faciə şəhər sakinləri arasında böyük həyəcana səbəb olub, itlərin insanlara hücumlarının artması isə ciddi narahatlıq doğurur.
Vurulan vaksinin keyfiyyətsiz olmasına gəldikdə isə İsmayılova bu iddiaların yanlış olduğunu bildirib. İsmayılovanın sözlərinə görə, alınan bütün vaksinlər beynəlxalq keyfiyyət standartlarına uyğundur. Onların köməyilə keçən il heyvanların hücumuna məruz qalmış 17 min insanın həyatı xilas edilib.
Həkim həmçinin ötən ay Sumqayıtda 200 it dişləməsi faktının qeydə alındığını bildirib.

İsmayılovanın sözlərinə görə, əgər insanı hansı heyvanın dişlədiyi məlumdursa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları onu karantinə yerləşdirməlidirlər. Yoluxmuş heyvan 10 gün ərzində həlak olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol