• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal smartfon bazarının həcmi bəlli oldu

Qlobal smartfon bazarının həcmi bəlli oldu
23.08.2017 17:20
Qlobal smartfon bazarının həcmi 6,7% yüksəlib. Bu, orta səviyyəli modellərə artan tələbatla izah edilir. Bu haqda "Gartner” analitik şirkətinin yeni hesabatında deyilir.

Ekspertlərin qiymətləndirməsinə görə, 2017-ci ilin ikinci rübündə istehlakçılar 366,2 milyon smartfon satın alıblar. Ötən il bu göstərici 343,4 milyon idi. "Android” sistemli qurğuların payı 87,7%-dək artıb, "iOS” ilə işləyən qurğularda bu göstərici 12,1% təşkil edib.

anews.az ICTnews-a istinadən xəbər verir ki, "ucuz smartfonlara tələbat güclü olaraq qalmasına baxmayaraq, inkişaf etməkdə olan bazarlarda yaxşılaşdırılmış prosessorlar, qabaqcıl kameralar və böyük yaddaş tutumuna malik "4G” aparatların satışları artmaqdadır. Bu, orta səviyyəli (150-200 dollar) smartfonlara tələbatın artmasından xəbər verir" –  "Gartner”in araşdırmalar üzrə direktoru Anşul Qupta deyib.

Onun sözlərinə görə, 2017-ci ilin ikinci rübündə fləş yaddaş və OLED ekranların defisiti bahalı smartfonların tədarük həcminə təsir göstərəcək. Məsələn, daşıyıcı çatışmazlığı artıq özünü "Huawei P10” qurğusunun satışlarında göstərib.

"Samsung Electronics” ən böyük smartfon satıcısı adını qoruyub saxlayır, onun bazar payı 22,5% təşkil edib.

Cənubi Koreya nəhəngi "Galaxy Note 7” qurğusu ilə bağlı problem yaşadı, ancaq "Galaxy S8” və "S8+” smartfonlarının təqdim edilməsi "Samsung” məhsuluna yüksək tələbatı geri qaytarıb.

2017-ci ilin ikinci rübündə "iPhone” smartfonlarının satış həcmi illik hesablama üzrə 0,2% azalıb. Buna görə "Apple”ın bazar payı 12,1%-dək azalıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol