• $
  • €
  • ₽
  • ₺
  • £

Zəhranın ailəsi ilə bağlı daha bir - Açıqlama

Zəhranın ailəsi ilə bağlı daha bir - Açıqlama
28.08.2017 20:39
Füzuli rayon İcra Hakimiyyəti iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə atılan top mərmisinin partlaması nəticəsində öz həyətlərində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının ailəsinə dövlət tərəfindən ev verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən maneçilik törədilməsi, onlardan mənzildən imtina etmələri üçün izahatlar alınması, ailəyə təzyiq göstərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan bəyanatda qeyd olunur ki, bu məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterli və əsassızdır.

"Belə ki, avqustun 13-də Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Alxanlı kəndinə gələrək, Zəhra Quliyevanın valideynləri ilə görüşüb. Mətanət Əsgərqızı Zəhranın anası Nərminə Quliyevaya söhbət əsnasında deyib ki, sizə dövlət tərəfindən ev verilməlidir. Nərminə Quliyeva isə cavabında bildirib ki, bu məsələ dövlətin öz işidir. Hər iki halda prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarıq.
Mətanət Əsgərqızı isə Bakı şəhərinə qayıtdıqdan sonra Nərminə Quliyevanın və ailəsinin məlumatı olmadan onun adından Mehriban Əliyevaya müraciət ünvanlayıb və həmin müraciəti Mətanət Əsgərqızı özü imzalayıb.

Həmin müraciət Prezident Administrasiyası tərəfindən baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilib. RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu həmin müraciətlə bağlı Alxanlı kəndinə gedərək şəhid Zəhra Quliyevanın valideynləri görüşüb, sözügedən müraciətlə bağlı onlarla söhbət edib. Z. Quliyevanın valideynləri Elnur Quliyev və Nərminə Quliyeva belə bir müraciət yazmadıqlarını, imzalamadıqlarını və məlumatları olmadığını bildiriblər.

Sözügedən məsələ ilə bağlı bəzi saytlarda yazılan xəbərlərlə bağlı şəhidin valideynləri və digər qohumları bu gün rayon İcra Hakimiyyətinə gələrək icrab başçısı Alı Alıyev tərəfindən qəbul edilib, onlarla söhbət aparılıb.  Zəhra Quliyevanın valideynləri və digər yaxın qohumları saytların yazdıqları xəbərlərdən qəzəbləndiklərini, dövlətdən ev istəmək iddiasında olmadıqlarını, onlara ev verilməsi ilə bağlı hər hansı bir təzyiq göstərilmədiyini bildirmiş bu məsələyə saytlar tərəfindən son qoyulmasını tələb ediblər.

Zəhra Quliyevanın valideynləri və yaxınları baş vermiş faciə ağır olsa da sarsılmayıblar, nikbindirlər, onlar prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna inanırlar, güvənirlər, öz doğma kəndlərindən heç hara getmək fikirləri yoxdur”, -deyə məlumatda bildirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol