• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərdən etiraz - Direktoru geri qaytarın – VİDEO

Valideynlərdən etiraz - Direktoru geri qaytarın – VİDEO
21.09.2017 10:55
Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) valideynləri yenidən aksiya keçirir.

anews.az lent.az-a istinadən xəbər verir ki, iki gundur davam edən aksiyaya səbəb məktəbin direktoru Qafar Hüseynovun işdən uzaqlaşdırılmasıdır.

Valideynlərin bildirdiyinə görə, məktəbə direktorun əvəzedicisi göndərilib: "Valideynlərin əsas tələbi məktəbdə 4 aydır davam edən komissiyaya, xaotik vəziyyətə son qoyulması, normal təhsil mühitinin bərpa olunması və Qafar Hüseynovun yenidən öz işinin başına dönməsidir. Əks halda valideynlər övladlarını bu məktəbdən çıxaracaqlar". 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə bildirib ki, dünən də İdarənin nümayəndələri etirazçılarla görüşüb söhbət aparıblar: "Onlara bildirildi ki, məktəbin rəhbərliyi hazırda fəaliyyətdədir, işdən çıxarılmayıb, sadəcə bülletendədir. Bu məsələ niyə belə şişirdilir və təşkil olunur, anlamıram. Əslində bu etirazların özü məktəbdə tədrisə mane olan prosesdir. 

Kimlərində dərsə mane olması özü düz deyil. Bu günkü və dünənki əməllə isə etirazçılar ancaq buna nail olmağa çalışırlar".

B. Məmmədov qeyd edib ki, hazırda da BŞTİ-nin nümayəndələri məktəbdədirlər: "Məktəbdə tədris prosesi normal qaydada davam edir". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol