• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşuradır
01.10.2017 09:41
Bu gün Azərbaycanda Aşura qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına görə, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günündə ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası da təşkil olunacaq. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya adları aşağıda göstərilən məscid və ziyarətgahlarda təşkil ediləcək:

1. Yasamal rayon Təzə-pir məscidi
2. Yasamal rayon Hacı Soltanəli məscidi
3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon İçərişəhər Cümə məscidi
5. Suraxanı rayon Qaraçuxur məscidi
6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri Cümə məscidi
9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər Heydər məscidi
11. Şəki şəhəri mərkəzi Cümə məscidi
12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi
13. Bərdə şəhəri Cümə məscidi
14. Nəsimi rayonu Əjdərbəy məscidi
15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi
16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi
17. Quba rayonu Ərdəbil məscidi

Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 22-də başlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol