• $
  • €
  • ₽
  • ₺
  • £

Bakını böyük fəlakət gözləyir

Bakını böyük fəlakət gözləyir
05.10.2017 09:23
Seysmoloq Səbail rayonu ərazisindəki tikililərin vəziyyətini və seysmoaktiv zonaların xəritəsini öyrənərək müəyyən edib ki, Bakıda yaşamaq çox təhlükəlidir

Ən seysmoaktiv ərazi Bakının Səbail rayonunun Bayıl yamacı və "20-ci sahə"dir.

"Qaynarinfo"nun məlumatına görə, bunu Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bildirib.

Abşeron yarımadasındakı seysmoaktivliklə əlaqədar olaraq, Azərbaycan Seysmoloqlar Assosiasiyası AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bakının Səbail rayonunun seysmik risklərinin qiymətləndirilməsi" layihəsini həyata keçirir.

Məmmədlinin sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Səbail rayonu səkkiz və on iki bal gücündə zəlzələnin ola biləcəyi iki zonaya ayrılır. Rayonun ən yüksək seysmoaktiv zonası sahil zolağıdır.

Tədqiqatlar zamanı seysmoloqlar rayon ərazisindəki binaların özüllərinin vəziyyətini və onların zəlzələyə nə dərəcədə davamlı olduğunu öyrəniblər.
Məmmədli qeyd edib ki, rayonda bir neçə tip bina var: onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi binalar, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli çoxmənzilli evlərdir.

Bu binaların davamlılığını və seysmik aktivliyi öyrənən seysmoloqlar müəyyən ediblər ki, Bayıl buxtasının sahilyanı zolağı daha təhlükəlidir. "20-ci sahə" və Bayıl yamacı faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.

"Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri yeddi baldan yuxarı olmayıb. Lakin tədqiqatlar göstərir ki, növbəti zəlzələ 8 bala çata bilər" – deyə Məmmədli əlavə edib.

O, qeyd edib ki, Azərbaycan Alp-Himalay seysmik zonasına daxildir. Burada 427-ci ildən 2016-cı ilə qədər bir neçə yüz dəfə zəlzələ olub və nəticədə minlərlə insan ölüb.

"Proqnozlara görə, bu zəlzələlər gələcəkdə də baş verəcək. Lakin növbəti təkanları qabaqcadan proqnozlaşdırmaq çətindir" – deyə seysmoloq bildirib.
Qeyd edək ki, Azərbaycanda ən güclü zəlzələ 25 noyabr 2000-ci ildə Xəzər dənizində baş verib. Onun gücü Bakı və Abşeron yarımadasında 6 bal qiymətləndirilib. Zəlzələnin episentri Xəzər dənizinin 35 km dərinliyində olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol