• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yüksək vəzifə tutan atalar və oğullar

Azərbaycanda yüksək vəzifə tutan atalar və oğullar
29.05.2020 10:49
Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Sərəncama əsasən Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin olunub. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, yeni energetika nazirinin atası - Oktay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsinin müdiri vəzifəsində çalışır. "Yeniavaz.com"un məlumatına görə, yenicə nazir atası olan Oktay Şahbazov 2015-ci ilə qədər dövlət xidmətinin rəis müavininin qardaşı da olub.
 
Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) keçmiş rəis müavini Emin Şahbazov Oktay Şahbazovun qardaşıdır. Ancaq yüksək və məsul vəzifələr tutan şəxslərin tərcümeyi hallarına nəzər saldığımız zaman belə görünür ki, vəzifəli ata və oğul tandemi yalnız Oktay və Pərviz Şahbazovlardan ibarət deyir. Bəs, görəsən Azərbaycanda yüksək və məsul vəzifə sahibi olan ata-oğul tandeminə daha kimlər daxildir?
 

Ata - Ramiz Mehdiyev, Prezident Administrasiyasının rəhbəri
Oğul - Teymur Mehdiyev, Fövqəladə hallar nazirinin müavini
***

Ata - Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri
Oğul - Şamxal Həsənov, "Kaspi Global" istehsalçı şirkətinin rəhbəridir

***
Ata - Ramil Usubov, Daxili işlər naziri
Oğul - Raul Usubov, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisi

***

Ata - Zakir Həsənov, Müdafiə naziri
Oğul - Nazim Həsənov, Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini

***
Ata - Yavər Camalov, Müdafiə sənayesi naziri
Oğul - Elşən Camalov, Nizami rayonunda mühafizə polisinin rəisidir

***
Ata - Elmar Vəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
Oğul - Elmir Vəliyev, "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri, "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri, AR Milli Məclisinin sektor müdiri

***

Ata - Tofiq Zeynalov, Tovuz rayonu İcra hakimiyyətinin başçısı
Oğul - Qoşqar Zeynalov, Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır

***
Ata - Səttar Mehbalıyev, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri
Oğul - İsfəndiyar Mehbalıyev, Yasamal rayonu Polis İdarəsinin rəisi

***

Ata - Mübariz Əhmədzadə, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı
Oğul - Rəşad Əhmədzadə, Sabunçu RPİ-nin 6-cı Polis Bölməsinə rəis

***
Ata - Yaqub Eyyubov, Baş nazirin birinci müavini
Oğul - Emin Eyyubov, Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbəri

***
Ata - Taleh Qaraşov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
Oğul - Vüsal Qaraşov, Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant

***
Ata - Əli Həsənov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Oğul - Emin Həsənov, polis orqanlarında çalışır

***
Ata - Aqil Abbas, Millət vəkili
Oğul - Tuncay Abbasov, Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

***
Ata - Elman Məmmədov, Millət vəkili
Oğul - Elşad Məmmədov, Yasamal Rayon Yol Polisi Şöbəsinin rəisi

***
Ata - Bayram Səfərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri
Oğul - Xəlil Bayramov, Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi
***

Ata - Çingiz Qənizadə, Millət vəkili
Oğul - Elgiz Qənizadə, Binəqədi rayon prokurorunun müavini
***

Ata - Adil Məmmədov, Qobustan rayon İcra Hakimiyyətinin başçısı
Oğul - Fuad Məmmədov, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini vəzifəsini tutur
 

***
Ata - Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin rektoru, krçmiş dövlət müşaviri
Oğul - Mehdi Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru 
***

Ata - Həbib Hüseynov, Dövlət Neft Şirkətinin Təchizat İdarəsinin rəisi
Oğul - Asif Hüseynov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol