• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada təbii fəlakət

Astarada təbii fəlakət
16.10.2017 16:17
Cənub bölgəsinə düşən leysan yağışları Astarada ciddi fəsadlara yol açıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, güclü sel Astarada piyada körpülərinə ciddi ziyan vurub.

Daşqınlar çay ətrafında yaşayan vətəndaşların sitrus bağlarını yuyub-aparıb, yaşayış evlərini təhlükə ilə üz-üzə qoyub. Rayonun Şiyəkəran kəndi ərazisində, Pensər çayının üzərindəki iki piyada körpüsü qəzalı vəziyyətə düşüb. Sakinləri əsas narahat edən məsələ havaların soyuması və məktəblilərin böyük məsafəni piyada qət etmələridir: "Camaatın kəndin o tərəfindən bu tərəfinə gediş-gəlişi xeyli çətinləşib. Hər il sel olardı, amma bu il çox ziyan vurub. Çətinliyimiz odur ki, uşaqlar gedib-gələ bilmirlər, əlavə körpüdən gedib-gəlirlər".

Məktəbli Turan Əliyev isə hər gün dərsə gecikdiyini gizlətmir: "Bizim istifadə etdiyimiz körpü hazırda dağınıq vəziyyətdədir. Buradan keçib 15 dəqiqəyə məktəbə çatardıq, indi isə o biri körpüdən bir saata çatırıq, müəllimlər bizi danlayır. 5-10 dəqiqə gecikirik məktəbə".

Sakinlər deyir ki, belə bir vəziyyət sonuncu dəfə 30 il öncə müşahidə edilib. Daşqınlar zamanı çayda suyun səviyyəsi 5 metrdən çox artıb. Pensər çayının sahilində yaşayanlar üçün təhlükə hökm sürməkdədir. Kənd sakini Səməd Səmədovun sözlərinə görə, torpaq sürüşməsi səbəbindən bir ailə ötən il evini sökərək, kənddən köçüb. Hazırda bir neçə ev üçün də təhlükə yaranıb: "Evi tikəndə orada məsafə çox idi, yoxsa bu vəziyyətdə olsaydı, orada ev tikməzdim. Evi tikdik, sel gəldi. Həyət böyük idi, yuyub-aparıb, az qalıb evə, görürsünüz".

Məsələ ilə bağlı müraciət etdiyimiz Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev bildirib ki, problemdən agahdırlar. Şiyəkəran kəndində iki piyada körpüsü ilə yanaşı, avtomobil körpüsü də qəzalı vəziyyətdədir. "Bu hal sürücülər üçün əsl təhlükədir", - deyən İlqar Malıyev vurğulayıb ki, yaranan fəsadlarla bağlı akt tərtib edilərək, müvafiq qurumlara göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol