• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yeni təyinatlar

AMEA-da yeni təyinatlar
17.10.2017 14:10
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və Gənclər üçün Prezident təqaüdünə namizədlər iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlər müzakirəyə çıxarılıb. Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin institutun elmi katibi, Sərvər Şirinovun Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi vəzifələrinə təyin olunmaları, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyətində vəsatət qaldırılması qərara alınıb.

Tədbirdə kadr məsələlərinə də baxılıb. Bölmə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının memarlıq və incəsənəti şöbəsinin müdiri vəzifəsinə təsdiq edib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əyani doktorantı Ədibə İsmayılovanın isə qiyabi təhsil formasına keçirilməsi qərara alınıb.

Sonda cari məsələlərə baxılıb. Məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun 90 illik yubileyinin keçirilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb. Bölmə Nəsimi adına Dilçilik İnstitutun Terminologiya şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun Gənclər üçün Prezident təqaüdünə namizədliklərinin AMEA-da yaradılmış Gənclər üçün Prezident təqaüdünə namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasına təqdim olunması haqqında qərar qəbul edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol