• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilanların pulla tutulması təklif edilir

Azərbaycanda ilanların pulla tutulması təklif edilir
19.10.2017 09:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.

Anews.az xəbərinə görə, institutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, yeni təsdiqlənmiş "Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar instituta ilanların zərərsizləşdirilməsi ilə bağlı müraciətlərin sayının artdığını da söyləyib.

E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil: "Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-nin razılıq məktubu əsasında institutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər”.

Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda institutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.

Bunları nəzərə alaraq, E.Yusifov təklif edir ki, ilanların zərərsizləşdirilməsi işi yalnız qarşılıqlı müqavilə əsasında həyata keçirilsin: "Bunun üçün institutla müraciət edən müəssisə arasında müqavilə bağlanılmalıdır. Müraciət edən təşkilat isə ya yerli icra hakimiyyəti, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya da Fövqəladə Hallar Nazirliyi ola bilər. Əgər Fövqəladə Hallar Nazirliyi bu işin təşkilatçısı olarsa, o, bizimlə ödənişli əsaslarla müqavilə bağlaya bilər. Ondan sonra biz ödənişli əsaslarla ilan, əqrəb və digər zəhərli heyvanların zərərsizləşdirilməsi ilə məşğul ola bilərik”.

E.Yusifov onu da əlavə edib ki, Azərbaycanda zəhərli ilanlar, əsasən, yarımsəhra ərazilərdə, yəni Aran rayonlarında olur: "İlanlar yüksək dağlıq ərazilərdə də olur. Onlar dəniz səviyyəsindən 2000 metrədək qalxa bilirlər. Amma o ilanlar az zəhərlidirlər”.

Bu gün ilanların sayının artması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyən E.Yusifov bildirib ki, ətrafda tikinti işlərinin geniş vüsət alması, təsərrüfat işlərinin genişlənməsi nəticəsində ilanlar ərazilərdən qaçırlar. Ona görə də insanlar ilanların sayının artdığını güman edirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol