• $
  • €
  • ₽
  • ₺
  • £

"Ona səs göndərən konkret pullu adamlar var" - İlkin Misgərli

"Ona səs göndərən konkret pullu adamlar var" - İlkin Misgərli
23.10.2017 17:04
"Maşın” şounu tərk edən aktyor İlkin Misgərli peşmançılığını dilə gətirib.

Yenicag.az-a açıqlama verən Misgərli maşının əldən getməsini heç cür qəbul etmək istəmədiyini deyib:

"Finalın bir addımlığında şoudan getdim. Qismət beləymiş. Talıb güclü rəqib idi. Məni dəstəkləyən dostlarım çox idi, lakin Talıbın pulu onun qələbəsini həll etdi. Bu tamaşaçı məsələsi deyildi, ona səs göndərən konkret pullu adamlar vardı. Mən də istəyirdim maşınım olsun, sürə bilməsəm də öyrənəcəkdim. Kim bilir, bəlkə elə imkanlı dostlarımdan biri mənə maşın alıb verdi. Buna görə də bir gözüm telefondadır, elə bilirəm ki, bu dəqiqə kimsə zəng edib, məni sevindirəcək. Deyirəm ki, doktor Qılmana bir avtomobil bağışlasınlar, mən də arada alım sürüm, gözümün qurdunu öldürüm. Kaş ki, o SMS-lərin əvəzinə elə bir maşın alıb özümə verəydilər. İndi durub hansından 10 manat pul istəsəm deyəcəklər ki, hamısını sənə göndərdik”.

İlkin şoudakı iştirakından peşman olduğunu da dilə gətirib:

"Kaş ki, heç getməyəydim, çünki orda insanlardan elə şeylər gördüm ki, çox pis oldum. Mən kiməsə "quyruq” deyib, sonra onlarla mehribancasına görüşən adamlardan deyiləm. Yerimi bilən adamam. Heç kimə də artıq-əskik söz də deməmişəm ki, sonradan peşman olum”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol