• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı Kəmaləddin Heydərovdan kömək istədi

İcra başçısı Kəmaləddin Heydərovdan kömək istədi
31.10.2017 10:22
Dünən axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, rayon icra hakimiyyətindən qafqazinfo-ya daxil olan xəbərə görə, küləyin güclü olması nəticəsində yanğın daha da genişlənib. İcra hakimiyyətinin başçısı Əhəd Abıyev baş vermiş yanğın məsələsi ilə bağlı qərargah yaradıb. Ə.Abıyev, həmçinin hadisə yerində olub, müvafiq tapşırıqlar verib. 

Xəbərdə qeyd olunur ki, yaxın kəndlərin sakinləri yanğının söndürülməsinə çalışır: "Amma buna baxmayaraq, mütləq aidiyyəti üzrə nazirliklər, xüsusi təyinatlı işçi qrupu tərəfindən yüksək dağ ətəyində yanan meşənin söndürülməsinə yanğınsöndürmə avtomobillərinin yaxınlaşa bilmədiyi yerlərə ancaq helikopter vasitəsilə kömək lazımdır. Hal-hazırda Dəstəfur kənd nümayəndəliyində qərargah üzvləri yanğına qarşı görüləcək işləri planlı şəkildə həyata keçirir, bu dəhşətli yanğının qarşısını almağa səy göstərərək aidiyyəti nazirliklərdən də köməklik gözləyirlər. 

Hazırda 11 hektardan artıq  meşə ərazisi yanaraq təhlükəli vəziyyət yaranıb. Cəbhə bölgəsində sərhədə yaxın ərazidə bu kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib, işıqlar sönüb. Amma kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə yanğının qarşısının alınmasına inamla, cəsarətlə çalışırlar və şübhəsiz ki, tezliklə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov lazımi köməklik göstərəcək və aidiyyəti üzrə qurumlara da yanğının qarşısının alınmasına dair müvafiq tapşırıqlarını verəcək".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol