• $
  • €
  • ₽
  • ₺
  • £

“Loti Quli” kriminal aləmin liderinə çevrilir

“Loti Quli” kriminal aləmin liderinə çevrilir
31.10.2017 10:28
22 illik fasiləsiz həbsdən sonra azadlığa çıxan Nadir Səlifovun ("Lotu Quli”) daimi yaşayış üçün Türkiyəni seçməsinin maraqlı detalları üzə çıxıb.
 
Kriminal aləmlə az-çox yaxınlığı olanlar, bu aləmdə baş verənlərdən xəbərdar olanlar bilirlər ki, Türkiyə dövləti "Kabadayı” deyilən kəsimə son dərəcə dözümlüdür. Kriminal dünya üzvlərinə qarşı Türkiyə dövlətinin işinə qarışmayınca hər hansı bir hərəkətə keçilmir. Odur ki, Türkiyə bütün dünyanın kriminal dairələrinin, təqib olunan siyasilərin rahat yerləşmə məkanına çevrilir.
 
Düzdür, ara-sıra rahatlıq pozulur, qan su yerinə axır və sonradan heç nə olmamış kimi yenə də həyat öz axarına qayıdır. Çeçen əsilli siyasilərin Rusiya xüsusi xidmət orqanları tərəfindən "ovlanması” haqda dünya mətbuatı illər əvvəl yazırdı. Yəni Türkiyə gündəmi üçün belə olaylar yad deyil. Sonuncu dəfə Türkiyədə, Beşiktaşın mərkəzində ciddi qoruma altında olan azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev öldürüldü. İllər əvvəldən Türkiyədə mənzillənən "Rövşən Lənkəranski”nin öldürülməsi kriminal dünyanı əməlli silkələmişdi. Türkiyədə buna qədər də belə qətllər, döyülmələr, təqiblər olmuşdu. Sonra da davam edirdi. Elə "Rövşən Lənkəranski”nin qətlindən bir neçə ay sonra onun yaxın adamı "qanuni oğru” Rafiq Eyvazovun Türkiyədə döyülməsi də bunu sübut edir. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman yayılan xəbərlərdə deyilirdi ki, R.Eyvazovu "taclandırıb” "içəri” göndərmək planı "Lotu Quli”yə problem yaratmaq üçün hazırlanıb. Lakin bu plan baş tutmadı, onu Türkiyədə tapıb döyməklə, cəzalandırmaqla məsələni bitirdilər. "Lotu Quli”nin qardaşı - "qanuni oğru” Namiq Səlifov da bir neçə ildir Türkiyədə yaşayır.
 
Kriminal dünyanın cənnət məkanı Birləşmiş Ərəb Əmirlikləri hesab edilir. Bir zamanlar "Rövşən Lənkəranski”nin də Dubayda mənzilləndiyi deyilirdi. Sonradan o, Türkiyəyə köçdü və qoruma altında olması onu gülləbaran edilərək öldürülməkdən sığortalamadı. Maraqlı məlumatlardan biri də budur ki, BƏƏ-də bu günə qədər kriminal aləm üzvlərindən kimsə öldürülməyib.
 
"Lotu Quli” hazırda İstanbulda təbrikləri qəbul edir. Rusiya mətbuatı yazır ki, onun azadlığa çıxması yaxın zamanda "kriminal dünya”da böyük dəyişikliklərə gətirib çıxara bilər. "Oğru aləmi”nin yuxarı eşelonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər "ümidlə” baxılıb. Bunlar "Şakro Molodoy” və "Yaponçik” olub.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol