• $
  • €
  • ₽
  • ₺
  • £

Səs-küylü cinayət: "Qoca” haradadır?

Səs-küylü cinayət: "Qoca” haradadır?
31.10.2017 11:13
Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq "Qoca” ləqəbli Etibar Məmmədovun axtarışları davam edir. O və digər məhkum - 1989-cu il təvəllüdlü Əli Ağami Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, Əli Ağami az sonra Şirvan şəhərində ələ keçmişdi. E.Məmmədovun isə axtarışları hələlik nəticə vermir.

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, qaçış planı baş tutandan sonra E.Məmmədovun şimal istiqamətinə hərəkəti haqda məlumatlar əldə olunub. 

Onun bir neçə nəzarət kamerasına düşməsi haqda də xəbərlər var. Bildirilir ki, E.Məmmədov qaçışdan sonra Ə.Ağamidən ayrılıb və ona hara gedəcəyi haqda məlumat verməyib. Belə ehtimallar var ki, E.Məmmədov Rusiyaya keçə bilər. Onun Rusiya bazarlarında kriminal aləm üzvləri ilə əlaqələri olduğu da bildirilir.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar. Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. 

Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Vaqondan qaçmazdan bir neçə gün öncə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Mühafizə altından qaçdıqlarına görə Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.

E.Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir. "Qoca", "Etibar Hacıqabullu", "Brodyaqa" Etibar ayamaları ilə tanınır. O, uşaq yaşlarında cinayət törədib, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan müəssisəyə - "maloletka”ya göndərilib. Orada "obşak” yaradıb və nəzarətçini öldürüb. Azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal münaqişələrə qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. "Qoca" Azərbaycanda həbsdə olan "Lotu Quli" ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir. 

O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal münaqişə zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Hazırda bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. E.Məmmədovun N.Səlifovun yaxın ətrafına sığınacağı ehtimalı da nəzərdən keçirilir. Hazırda kriminal aləm üzvünün hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol