• $
  • €
  • ₽
  • ₺
  • £

Avtoritetlərlə adı hallanan azərbaycanlı müğənnilər - SİYAHI

Avtoritetlərlə adı hallanan azərbaycanlı müğənnilər - SİYAHI
31.10.2017 13:45
Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın bu gün həbs olunub. İfaçı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Qeyd edək ki, Fədayə Laçın adı kriminal aləmdəki şəxslərlə hallanan ilk müğənni deyil. Əvvəllər də bir neçə tanınmış ifaçının, hətta xalq və əməkdar artistlərin belə bu tip xəbərlərdə adı keçir.

Bundan öncə, mərhum Xalq artisti İlhamə Quliyevanın, Xalq artisti Briliant Dadaşovanın, Əməkdar artistlər Mətanət İsgəndərlinin, Manana Çaparidzenin, Eyyub Yaqubovun da adları kriminal şəxslərlə yanaşı çəkilib.

Xalq artisti İlhamə Quliyevanın adı əvvəlcə Hacı Məmmədovla, daha sonra isə ləğv edilmiş MTN hadisələrində hallanıb. Mərhum müğənninin Hacı Məmmədovla olduğu kimi, sabiq MTN rəhbəri ilə də şəxsi münasibətlərinin olduğu deyilirdi. İ.Quliyeva son hadisələrlə bağlı açıqlama verməsə də, Hacı Məmmədovla dostluğunu özü də təkzib etmirdi, ancaq "qara işlər”indən xəbərsiz olduğunu vurğulayırdır. Onu da bildirək ki, Hacı Məmmədovun "Qarabulaq”deyilən istirahət məkanının girişində İlham Quliyevanın böyüdülmüş fotosu asılmışdı.

Hacı Məmmədovun daha bir "qurbanı” Xalq artisti Brilliant Dadaşova olmuşdu. Həmin ərəfədə sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü "cavanlaşdırması” idi. Belə ki, həmin sənəddə müğənninin adı "Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində onunla birgə fotosu yayılmış müğənni Eyyub Yaqubovun da adı hallanmışdı. İfaçının H.Məmmədovun "dost” siyahısına düşməsinə səbəb də məhz həmin foto olmuşdu. Eyyub Yaqubov özü isə bu barədə açıqlama verməkdən yayınmışdı.
Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Çaparidzenin də adının hallanmasına məhz 2006-cı ildə Hacı Məmmədovla "Qarabulaq” istirahət mərkəzində çəkdiyi fotolar səbəb olmuşdu. Eyyub Yaqubovdan fərqli olaraq M.Caparidzeyə H.Məmmədovun "Mercedes” markalı avtomobil hədiyyə etdiyi də iddi edilirdi.Məlum MTN hadisələrində Əməkdar artist Mətanət İsgəndərlinin də adı hallanıb. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev dəfələrlə ifaçını "MTN agenti” olmaqda günahlandırıb. Qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia edib. Bildirib ki, Mahir Abdullayev Mətanət İsgəndərli ilə israrlı dəvətlərdən sonra görüşüb, həmin görüşdə dava düşüb, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

"MTN işi”ndə adı çəkilən digər müğənni Manaf Ağayevdir. İfaçı Akif Çovdarovun məhkəməsində də iştirak edib. Müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb və dindirilib. Müğənni özü isə mətbuata açıqlamasında Akif Çovdarovla heç bir əlaqəsi olmadığını bildirib.

Ləğv edilən MTN olaylarında müğənni Şəbnəm Tovuzlunun da adı hallanıb. Şəbnəm Tovuzlunun da sabiq MTN Akif Çovdarovun qurbanlarından biri olduğu deyilirdi. İddia olunurdu ki, ifaçı qadın alverində ittihamı olunaraq MTN-ə aparılıb. //a24.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol