• $
  • €
  • ₽
  • ₺
  • £

Toyuna hazırlaşan gənc faciəvi şəkildə öldü - VİDEO

Toyuna hazırlaşan gənc faciəvi şəkildə öldü - VİDEO
01.11.2017 23:46
Arı sancması səbəbindən xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc bir gün sonra orada həyatını itirib.

"Qafqazinfo”nun "Xəzər TV”yə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 

Ötən ayın 27-də qəsəbədə məskunlaşan Qubadlı rayon sakini 24 yaşlı Cavid İmanlını qolundan arı sancıb. Bundan bir neçə gün sonra o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Cavidin qardaşı Mehman İmanov deyir ki, qardaşı xəstəxanaya daxil olarkən ondan həm qan, həm də qolunda çirkin olub-olmamağı ilə bağlı analizlər götürülüb. Bundan sonra Cavid İmanlı əməliyyata götürülüb.

Yaxınları iddia edirlər ki, ona yüksək dozada narkoz verildiyindən dünyasını dəyişib.

Atası Filman Həsənov oğlunun ölümündə onu əməliyyat edən həkim Tağı Əliyevi ittiham edir.

Məsələ ilə bağlı ölüm hadisəsində adı hallanan həkim Tağı Əliyev deyir ki, Cavid İmanlı xəstəxanaya müraciət edərkən orta-ağır vəziyyətdə olub. Arının zəhəri onun bədəninə nüfuz etdiyindən bəzi orqanları sıradan çıxıb. Yekun rəy isə belə olub ki, xəstə əməliyyat olunmalıdır.

Faktla bağlı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən araşdırma aparılır. Kimin günahkar olması isə bu araşdırmadan sonra bəlli olacaq.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol