• $
  • €
  • ₽
  • ₺
  • £

Generalın məhkəməsində dava düşdü

Generalın məhkəməsində dava düşdü
29.05.2020 10:25
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Anews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ləğv edilən MTN-in Binəqədi Rayon Şöbəsinin sabiq rəisi Rafiq Səfərov zərərçəkmiş Sahib Qurbanovun epizodu üzrə dindirilib.

O, zərərçəkmiş S.Qurbanovu tanımadığını və onu həbs edilən zaman görmədiyini deyib.

Daha sonra sualları cavablandıran keçmiş rəis qeyd edib ki, zərərçəkmiş S.Qurbanov saxlanılaraq, MTN-in Binəqədi Rayon Şöbəsinə gətirilib: "MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov bizə məlumat verdi ki, Azərbaycana qaçaq mal daxil olub. Biz də bunun əsasında həmin şəxsi saxladıq".

Daha sonra şahid R.Səfərov zərərçəkmiş S.Qurbanova "moşennik" deyib.

S.Qurbanov isə bildirib ki, "moşennik"əmsə sübuta yetir, pulumu alanda yaxşı idi?"

Hakim hər iki tərəfi sakitləşdirib.

R.Səfərov isə qeyd edib ki, pulu Heydər Rüstəmov alıb.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol