• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranskinin qardaşından XƏBƏR VAR

Lənkəranskinin qardaşından XƏBƏR VAR
29.05.2020 12:29
Noyabrın 2-də Türkiyədə saxlanılan "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin cinayət işi üzrə ibtidai istintaqın müddəti 14 günə qədər uzadıla bilər.

Anews.az xəbər verir ki, bu barədə unikal.org-un soruğusuna cavab olaraq İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib.

Vurğulanıb ki, Türkiyə qanunvericiliyinə uyğun olaraq saxlanılan hər hansı bir şəxsin cinayət əməlinin olub-olmaması ilə bağlı istintaq müddəti 7 gündən 14 günə qədər uzadıla bilər. Əgər işi aparan müstəntiqin 7 gün ərzində apardığı istintaq hakimi qane etməzsə, bu müddət daha 7 gün uzadıla bilər.

Saxlanılan Namiq Canıyev və digərlərinin istintaq prosesi sabah yekunlaşır. 

Hazırda Namiq Canıyev və digərləri polis nəzarəti altında saxlanılır. Namiq Canıyev və digərlərinin sağlıq durumu da yaxşıdır.

İdarədən o da deyilib ki, Türkiyə qanunlarına uyğun olaraq Namiq Canıyevlə bağlı daha ətraflı məlumatı vəkili və ailəsinə verə bilərlər.

Xatırladaq ki, həbsdən buraxıldıqdan sonra İstanbula köçən məşhur kriminal avtoritet "Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o cümlədən "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev saxlanılıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol