• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir "Qoca" qətlə yetirildi

Daha bir "Qoca" qətlə yetirildi
11.11.2017 18:57
Noyabr ayının 4-ü gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib. Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar Qoca Tofiq oğlu Quliyevdir.
 
Hələlik qətlin təfərrüatları barədə geniş məlumat almasaq da, mərhumun yaxınlarının verdikləri açıqlamaya görə onlar qatilin kim olduğunu artıq bilirlər. Hətta hadisəni nəzarətə götürən Gəncə şəhər polis və prokurorluq orqanlarına bu barədə məlumat versələr də, bildirdiklərinə görə, nədənsə, hələlik qanuni ölçü götürülməyib.
 
Öldürülən şəxsin adamları qətlin ilkin araşdırmalar zamanı bəzi qüvvələr tərəfindən "ört-basdır” edildiyini vurğulayaraq, qeyd edirlər ki, əgər cinayətkar üzə çıxarılaraq qanunun tələb etdiyi qaydada cəzalandırılmasa, yerli hüquq-mühafizə orqanlarından ölkənin birinci şəxslərinə şikayət edəcəklər.
 
Hadisənin Qoca Quliyevin qəfil ürək-damar sisteminin tutulması ilə əlaqələndirilməsinə baxmayaraq, mərhumun ailəyə yaxın şəxslə əlbəyaxa vəziyyətində küt alətlə başının arxasından vurulduğunu doğmaları və şahidlər iddia edirlər.
 
Qeyd edək ki, qətl hadisəsi mərhum Qoca Quliyevin sahibkarlıq etdiyi və şəxsi obyekti sayılan "Çinar” restoranında baş verib.
 
Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.
 
Sonda adiyyəti orqanların nəzərinə çatdırırıq ki, hadisəni araşdırarkən öldürülən şəxsin doğmalarını dinləyib əsas mahiyyətlə bağlı müfəssəl məlumat almaları məsləhətlidir. İnanırıq ki, tezliklə cinayətkar tapılıb üzə çıxarılaraq layiqli cəzasını alacaq.
 
Bizi izləyin. Hadisəylə bağlı sizlərə daha müfəssəl məlumatlar çatdıracağıq. (Atributinfo.az)
 
Moderator.az oxucuların diqqətinə çatdırır ki, mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və "Qoçu" ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilirdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol