• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaşlı insanların sayı artır

Azərbaycanda yaşlı insanların sayı artır
29.05.2020 01:25
Demoqrafik statistikaya görə, Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasında BMT-Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və AMEA-nın birgə təşkilatçılığı ilə herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimində çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib.

Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik bildirib ki, həyat keyfiyyətinin yaxşılaşdırılmasına, aktiv uzunömürlülüyə yönəlmiş, o cümlədən müasir texnologiyaların istifadəsi ilə yaşla bağlı xəstəliklərin profilaktikası və müalicəsini özünə daxil edən müvafiq dövlət proqramlarının işlənib-hazırlanması zəruridir. O, bununla bağlı AMEA rəhbərliyinin və ölkənin tibb ictimaiyyətinin dəstəyi ilə bu ilin əvvəlində yaradılan Azərbaycan Herontoloji Cəmiyyətinin qarşısında mühüm işlər dayandığını söyləyib.

Ə.Əmiraslanov qeyd edib ki, herontologiya və heriatriya üzrə məktəb bu sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri, onlara tibbi-sosial yardım, ahılların sosial statusunu, rolunu və bir çox digər məsələlərin geniş dairəsini əhatə edən multidissiplinar təhsil proqramıdır. Proqramın məqsədi hər bir iştirakçının müzakirələr prosesində iştirakı və təklif olunan materialın dərindən mənimsənilməsidir.

Ə.Əmiraslanov əlavə edib ki, herontoloji tədqiqatlar istiqaməti Azərbaycan elminin yaxın 10-15 il üçün prioritetlərindən biridir. Natiq AMEA-nın bəzi institutlarının yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beş illik elmi tədqiqat proqramını həyata keçirdiyini diqqətə çatdırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol