• $
  • €
  • ₽
  • ₺
  • £

“İTV”-dən erməni təxribatına etiraz

“İTV”-dən erməni təxribatına etiraz
29.05.2020 08:57
İctimai Televiziya və Radio Yayımları Şirkəti ("İTV”) Avropa Yayım Birliyinin baş direktoru Noel Kerrana məktub ünvanlayıb.

Bu barədə anews.az-a televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məktubda qeyd edilib ki, Ermənistan təmsilçisi Mişa Qriqoryanın Gürcüstanda keçiriləcək "Uşaq Avroviziya - 2017” mahnı müsabiqəsində siyasi təxribata yol verəcəyi haqqında əldə olunan məlumatlar torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanda böyük narahatlıq doğurub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, Mişa Qriqoryanın Xankəndi əsilli olmasını bəhanə edərək, qondarma "DQR”-ə məxsus bayrağı nümayiş etdirməsi və "Artsaxın səsi” adı altında musiqi qrupunun üzvü olduğunu vurğulaması yolverilməzdir.

İctimai Televiziya və Radio Yayımları Şirkəti inanmaq istəyir ki, siyasi oyunlardan uzaq olduğunu dəfələrlə və israrla bəyan edən Avropa Yayım Birliyi bu həssas məsələdə Azərbaycanın mövqeyini anlayışla qarşılayacaq, siyasi təxribatın qarşısını qətiyyətlə alacaq, bütün Avropanın nəzərlərinin dikildiyi səhnədə uşaqların separatizmin qurbanına və siyasi oyunbazların alətinə çevrilməsinə imkan verməyəcək.

Hesab edirik ki, "Uşaq Avroviziya - 2017” mahnı müsabiqəsi musiqi meydanıdır və bu möhtəşəm tədbir bütün dünyadakı uşaqlara sevinc gətirməli, xoş anlar bəxş etməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol