• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda klinika rəhbəri həbs edildi

Bakıda klinika rəhbəri həbs edildi
30.11.2017 18:47
Son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə "botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik pereparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib.

Baş Prokurorluqdan İstiPress-ə verilən məlumata görə, "Hayal Estetika və Məsləhətçilik” və "Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən, bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstələrin əməlləri ifşa olunub.

Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi, 49 saylı ünvanda yerləşən "SKS Plaza”nın "Hayal Estetika və Məsləhətçilik” MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, "Miotox-100 unit” və "Miotox-50 unit” dərman həblərinin etiketləri, 44 ədəd "Biopolimero 350cp” tamlığı pozulmamış ampulalar, 13.337 manat, 2.355 ABŞ dolları, 127 avro məbləğində nağd pul vəsaiti aşkarlanıb.
Həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi "Hyundai Accent” markalı, 90 EA 988 dövlət qeydiyyat nişanlı avtomobildə preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan müvafiq olaraq 1 ədəd 50 mq və 6 ədəd 100 mq olan qutularda "MİATOX Botulium Toxin Tape A” preparatları, eləcə də  avtomobilin salon və yük hissəsindən daha 25 adda 102 sayda dərman preparatları aşkar edilərək götürülüb.

Həmçinin, Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu "Bioderm” MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən cəmiyyətə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsi ilə dövlət qeydiyyatından keçməyən və ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd "Zentox” dərman preparatını Nərimanov rayonu, A.Nemətulla küçəsi, 90C ünvanında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanıb. Həmin şirkətə məxsus A.Nemətulla küçəsi, 20 saylı ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 (ədəd) "Zentox” dərman preparatı, habelə ofisin otağında isə iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla "Hayal Estetika və Məsləhətçilik”  MMC-nin rəhbəri Akif Saqiyev və "Bioderm” MMC-nin faktiki direktoru Aqil Məhərrəmliyə Cinayət Məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham  elan olunmuş, məhkəmənin qərarları ilə A.Saqiyev barəsində həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol