• $
  • €
  • ₽
  • ₺
  • £

Meteohəssas insanlarda narahatlıq yaranacaq

Meteohəssas insanlarda narahatlıq yaranacaq
01.12.2017 14:00
Bakı və Abşeron yarımadasında dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər  bəzi yerlərdə çiskin olacağı, axşam  isə arabir  yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə  4-7° isti, gündüz  9-12° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 769  mm civə sütunu təşkil edəcək.
 
Nisbi  rütubət  70-80 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər  bəzi  şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta,  gündüz 3-8° isti olacağı gözlənilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol