• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığorta hansı rayonlarda tətbiq ediləcək? - Açıqlama

İcbari tibbi sığorta hansı rayonlarda tətbiq ediləcək? - Açıqlama
29.05.2020 03:56
"Gələn icbari tibbi sığortanın tətbiq ediləcəyi rayon və ya şəhər barədə hökümət qərar verməlidir. Hələlik qərar olmadığı üçün bu barədə öncədən məlumat vermək çətindir”.

Bu barədə AzVision.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, həmin rayonla yanaşı, Yevlax və Mingəçevr şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə davam edəcək. 

"Gələn icbari tibbi sığortanın tətbiq ediləcəyi yer ola bilsin ki, həmin regionda olmasın. Amma hansı rayon olacağı, bir və ya iki rayon olacağı hökümət tərəfindən dəqiqləşmədiyi üçün söz demək çətindir. Pilot layihənin tətbiq eidləcəyi rayon cənub və ya şimal zonasından ola bilər. Azərbaycanın istənilən yerində səhiyyənin maddi texniki bazası pilot layihəni tətbiq etməyə imkan verir. Müəyyən xarakterik məsələlər var ki, onlar da layihənin tətbiqi zamanı nəzərə alınmalıdır. İcbari tibbi sığortaya cəlb olunacaq insanların sayı, işləyən əhalinin işləməyən əhaliyə nisbəti, rayonlarda insanların xəstələnmə tezlikləri, uşaqların və yaxud qocaların bir birinə nisbəti və digər amillər nəzərə alınacaq və ona uyğun rayon seçiləcək”. 

M.Quliyev bildirib ki, icbari tibbi sığorta tədricən tətbiq olunmaldır və layihənin birdən-birə bütün ölkə ərazisində təbiq olunması doğru deyil: "Dünya təcrübəsində belədir ki, icbari tibbi sığortaya keçid mexanizmi 4-5 il ərzində tam oturuşmuş olur. Azərbaycanda artıq iki ildir ki, agentlik yaradılıb və fəaliyyətə başlayıb. 2019-cu ildən ölkə ərazisində icbari tibbi sığortaya keçə bilərik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol