• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda növbəti polis özbaşınalığı

Bakıda növbəti polis özbaşınalığı
29.05.2020 05:14
AZTV-nin operatoru Babayev Bəxtiyar heç bir cəriməsi olmadığı halda Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq məktubu alıb, bu barədə RePost.Az-a hazırda Rusiyada olan Bəxtiyar Babayev özü məlumat verib. 

Onun sözlərinə görə, avtomobili olmadığı halda DYP-dən ödənməmiş cərimə barədə Bakıda qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu gəlib. 


Məktubda bildirilir ki, guya onun iştirakı ilə 08.07.2017-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə İXP 1115671 saylı inzibati xəta haqqında qərar qəbul edilib. Lakin 3 ay müddətində cərimə ödənilmədiyindən barəsində 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum etmə qərarı qəbul edilə bilər. 
 


Bəxtiyar Babayev onun iştirak ilə belə bir qərar qəbul edilmədiyini bildirib. Bundan əlavə o, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsin rəisi Nüşrəvan Cəfərovun imzası ilə daxil xəbərdarlıq məktubuna protokol əlavə edilmədiyini deyib. Eyni zamanda cərimənin məbləği də qaranlıq qalır. Daxili İşlər Nazirliyinin saytında və elektron kabinetində isə ödənilməmiş cəriməsinin olmadığı bildirilir.
 



Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsin icitimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov deyib ki, Bəxtiyar Babyev idarəyə rəsmi müraciət etməlidir. Ondan sonra məsələ araşdırılacaq və yanlışlıq olubsa aradan qaldırılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol