• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Məmmədovun bacısı qardaşının intiharından danışdı - SON XƏBƏR

Hacı Məmmədovun bacısı qardaşının intiharından danışdı -  SON XƏBƏR
29.05.2020 01:38
Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi Hacı Məmmədovun bacısı  Arifə Məmmədova qardaşının intiharı xəbərindən  xəbərsiz olduğunu bildirib. Haqqın.az saytına verdiyi məlumatda Məmmədova  sonuncu dəfə qardaşı ilə  bir həftə qabaq danışdığını deyib.
 
"O, Vərəm dispanserində müalicə alırdı. Deyirdi ki, səhhəti yaxşılaşıb. Mənə onun intiharı barədə məlumat verməyiblər", deyə Arifə Məmmədova vurğulayıb. 
 
 
Hacı Məmmədovun intiharı barədə vəkili Afət Qazıyeva da məlumat verilməyib. Vəkil məsələni bu gün araşdırıb xəbər verəcəyini söyləyib.  
 
Qeyd edək ki, Hacı Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər” əməliyyatı ilə həbs edilib və 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, qətllərdə, adam oğurluğu və digər cinayətlərdə təqsirli bilinib.
 
11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkmə müəssisəsinə köçürülüb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol