• $
  • €
  • ₽
  • ₺
  • £

Masallı sakini maşın hazırladı - VİDEO

Masallı sakini maşın hazırladı - VİDEO
11.12.2017 23:04
Masallı rayonunun Türkoba kənd sakini Oktay Rzayev idman üslubunda qeyri-adi avtomobil düzəldib.
 
Anews.az APA TV-yə istinadən xəbər verir ki, üzərində Azərbaycan bayrağı təsvir olunan avtomobilin hazırlanması 18 aya başa gəlib.
 
Çilingər olan Oktay Rzayev bu nəqliyyat vasitəsini xarici ölkələrin istehsalı olan avtomobil hissələrindən yararlanmaqla yığıb. Yeni modelin elektrik avadanlıqları da bütünlüklə xarici modellərdə istifadə olunanların eynisidir. Hazırda maşının salon hissəsində son tamamlama işləri qalıb: "Maşının bütün detalları dəmirdəndir. Köhnə maşınların dəmir hissələrini kəsmişəm. "VAZ-2109"-dur, sport modeldə yığılıb. İçərisi alüminiumdan yığılıb. Yüngül olduğu üçün bu formada yığılıb".
 
Usta Oktayın sözlərinə görə, 90-cı ildən bəri bu işlə məşğuldur. Hər dəfə qeyri-adi avtomobil düzəldir. İki qapısı olan bu avtomobili ixtiraçı "Tot-Az" adlandırıb. Maşının qapıları adi formada deyil, yuxarı-aşağı və horizontal şəkildə hərəkət etdirməklə avtomatik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litr nəzərdə tutulub: "Sürəti 220-240 ola bilər. 220 yüz faizdir. Sürət qutusunu dəyişəndən sonra 240 ola bilər".
 
Usta hazırladığı avtomaşının üzərində Azərbaycan bayrağının təsvir olunmasının səbəbini də izah edib: "Bu maşını Azərbaycan bayrağı kimi rəngləmişəm. Qoy görsünlər ki, maşın Azərbaycanda düzəldilib".
 
Həvəskar avtomobil konstruktoru Oktay Rzayevin sözlərinə görə, bu günə qədər xərcləri təqribən 21000 manat olub. Bundan sonrakı işləri tamamlamaq üçün avtomobilin 5-6 min manata ehtiyacı var. Bu səbəbdən maşının hazır olmasına daha bir neçə ay vaxt lazımdır. Usta avtomobil tam hazır olandan sonra onu satmayacağını deyir: "Bu maşını oğlumun ad gününə hədiyyə etmişəm".
 
Bu, ustanın hazırladığı son avtomobil deyil. Oktay Rzayev hazırda daha bir avtomobil üzərində çalışır. Yenə idman üslubuna üstünlük verən çilingər yeni nəqliyyat vasitəsinin yalnız dəmir işlərini görüb. Yeni hazırlayacağı avtomobilin mühərriki, sürət qutusu və arxa körpüsünü xaricdən sifariş verib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol